Ermənistan müharibədəki kütləvi itkilərini COVID-19-dan ölənlər arasında gizlədir – FAKT

2022/04/22460-1650798392.jpg
Oxunub: 334     12:37     16 May 2022    
Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Ermənistan hakimiyyətinin növbəti fırıldaqlarını ifşa etdiyi nəşri dərc edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Tsargrad.tv” nəşri yazıb.

“Açıqlanan məlumatlara görə, COVID-19-dan ölənlər arasında 2020-ci ildə Ermənistan-Azərbaycan müharibəsinin qurbanları da var. Aşotyan yazıb: “Nikol və onun xuntası ilə bağlı əxlaqsız və qeyri-insani hekayələr davam edir”. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son hesabatında Ermənistanda koronavirusdan ölüm nisbətinin şişirdilmiş olduğu barədə xəbərdarlıq edib. Aşotyan qeyd edib ki, Səhiyyə Nazirliyi nazir Anahit Avanesyanın birbaşa göstərişi ilə bağlı bəyanat yayıb və orada Ermənistanla bağlı məlumatların ÜST-nin növbəti hesabatında təhlil edildiyi bildirilir. Məlum olduğu kimi, texniki işçi qrupun epidemiyanın ilk 2 ili ilə bağlı hesabatında 44 günlük müharibə nəticəsində ölənlər də yer alıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ölüm  


Bizi "telegram"da izləyin