Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib - VİDEO+FOTOLAR

2022/05/1-1652199703.jpg
Oxunub: 1219     19:19     10 May 2022    
Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Nazirlikdən Ordu.az-a verilən xəbərə görə, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə başlayıb.

Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.


Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlığı gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.

Yekunda şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MN   Andiçmə  


Bizi "telegram"da izləyin