“Teledyne FLIR”dən quru əsaslı sistemlər üçün yeni kamera – MWIR

2022/04/53116-1651042358.jpg
Oxunub: 1781     11:40     16 May 2022    
Yüksək keyfiyyətə malik orta dalğa uzunluqlu infraqırmızı (mid-wavelength infrared/MWIR) kamera və davamlı böyütməsi (continuous zoom/CZ) olan “Neutrino Ground ISR” məhsul ailəsi üstün performansı ilə kəşfiyyat, müşahidə və nəzarət (intelligence, surveillance, and reconnaissance/ISR) sistemləri üçün hazırlanıb.

“Teledyne Technologies Inc”in bir hissəsi olan “Teledyne FLIR” “Neutrino Ground ISR” məhsul ailəsinin ilk üzvü olan “Neutrino SX12 ISR1200” modelini sənayeyə təqdim edir. “Neutrino Ground ISR” məhsul ailəsinin modelləri davamlı böyüdən optika ilə yüksək performanslı MWIR kamera modullarına sahib olacaq.

HD keyfiyyətə malik “Neutrino SX12 ISR1200” “Teledyne FLIR MWIR” kamera modulunu fokus uzunluğu 120 mm ilə 1200 mm arasında dəyişən davamlı böyütmə optik alt sistemi və “InVeo Designs MMC”nin təsvir elektronikasına uyğunlaşdırılmış həll ilə birləşdirir. Beləliklə, o, aşağı inteqrasiya xərcləri ilə müdafiə sənayesi və sənaye tətbiqləri üçün öz sinfində ən yaxşı ISR həllini təklif edir.

“Teledyne FLIR”in fokus müstəvisi indeks (focal plane array/FPA) texnologiyası, nəzəri difraksiya həddinə yaxın fəaliyyət göstərən optikalar (diffraction-limited optics) və uzun ömürlü (nasazlıqlar arasında ortalama müddəti 25.000 saat olan) “Stirling” ilə təchiz edilmiş “Neutrino SX12 ISR1200” 1280×1024 piksel təsvir ölçüsünə və 12 mikrometr piksel ölçüsünə malikdir.

Şəkillər 60 Hz-lik “Camera Link” standartında ikili paralel çıxışlar vasitəsilə sistemdən götürülə bilər. Bunlardan biri “1080P30 HD-SDI”, digəri “720P60 HD-SDI” çıxışlarıdır. Bu interfeyslər monitorinq, atmosferin basdırılması (turbulence mitigation) və süni zəka funksiyaları üçün ideal həll yolu təqdim edir.

Bütün bu xüsusiyyətləri sayəsində “Neutrino SX12 ISR1200” quru və uzaq məsafəli kəşfiyyat, müşahidə və nəzarət, perimetr nəzarəti, sərhəd nəzarəti və PUA-lara qarşı Hava Hücumundan Müdafiə kimi vəzifələri yerinə yetirən sistemlərə asanlıqla inteqrasiya oluna bilən həll təklif edir.

“Teledyne FLIR”in Məhsulların İdarə Edilməsi üzrə vitse-prezidenti Dan Uolker yeni məhsul ailəsi haqqında bunları deyib: “Neutrino Ground ISR” məhsul ailəsi MWIR texnologiyasından istifadə edən və davamlı böyütmə funksiyasını yerinə yetirən “Neutrino IS” seriyası üçün mühüm yenilikdir. Bu yeni məhsul ailəsi müdafiə sənayesi və sənaye sektorlarında inteqratorlara layihə risklərinin azaldılması və məhsulun daha sürətli inkişafı kimi üstünlüklər verəcək. O, buna əvvəlki modellərə bənzər təsvir komponentləri və artıq hazır olan sistem sayəsində nail olacaq. Bütün “Neutrino” sistemləri ABŞ Ticarət Departamentinin “EAR 6A003.b.4.a” təsnifatı altındadır, buna görə də onların ixracı ITAR məhdudiyyətlərinə tabe deyil”.

“Neutrino SX12 ISR1200”də istifadə edilən, uzun fokus uzunluğuna və davamlı böyütmə özəlliyinə sahib olan optik qurğu 2019-cu ildə “Teledyne FLIR”ə qoşulan “New England Optical Systems” (NEOS) işçilərinin komandası tərəfindən inkişaf etdirilib və istehsal edilir. Bu optik həll avtomatik fokus və əl ilə fokuslama funksiyalarına, habelə böyütmə zamanı təsvir oxunu itirməmək xüsusiyyətinə malikdir. Üstəlik, zavoddan istehsalçı tərəfindən birləşdiriləcək sistemlər üçün optimallaşdırılmış olaraq çıxır. “Neutrino Ground ISR” məhsul ailəsində istifadə olunan optik qurğu, MWIR kamera modulu və təsvir elektronika sistemlərinin hamısı ABŞ-da dizayn edilərək istehsal edilir.

Firuz Bağırov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Teledyne   Kamera  


Bizi "telegram"da izləyin