Ordu.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Murat İkinci məlumat verib.
Görüntülü infraqırmızı (IIR) axtarış başlığına sahib olan “Karaok” raketi bir hərbi qulluqçu tərəfindən atıla bilir.
Konsepsiya baxımından ABŞ istehsalı olan “Javelin” ilə oxşar olan “Karaok” diametri 125 millimetr, çəkisi 16 kiloqram, 2,5 kilometr uçuş məsafəsi olan və zirehdələn tandem döyüş başlığı ilə təchiz edilən, “atdım-unutdum” istifadə rejimi ilə işləyən raket sistemidir.
Sevinc Əliyava
Ordu.az