Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin müşaviri Alessandro Bianki "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı qeyd edib.
O vurğulayıb ki, dünya praktikasındakı şəhərsalma ənənəsini Azərbaycan Qarabağdakı şəhərsalma məsələlərində tətbiq etməlidir: “Müharibədən sonra Azərbaycanın qarşısında duran məqsəd və vəzifə olduqca mürəkkəbdir. Yeni bir məşğulluq proqramının həyata keçirilməsi, əhalinin ora qaytarılması çox çətin prosesdir. Bu, yalnız infrastrukturun bərpası demək deyil. Eyni zamanda, yüksək keyfiyyətli şəhərsalma deməkdir. Dünya praktikasında şəhərsalmanın sürətli şəkildə həyata keçirilməsinin şahidiyik. Azərbaycan bu praktikanı örnək götürməlidir”.
Ordu.az