Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri arasında sərxoşluq halları artıb

2019/05/23423-1557122165.jpg
Oxunub: 4235     13:43     09 Aprel 2022    
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri arasında sərxoşluq halları artıb.

Ordu.az xəbər verir ki, Təpəkənd (Tonaşen) yaşayış məntəqəsi ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin tərkibinə verilmiş ehtiyatdan çağırılmış bir qrup hərbi vəzifəlinin sərxoş vəziyyətdə intizamsızlıq edərək tapşırıqların icrasından boyun qaçırdığı məlum olub.

Digər hadisə isə Əsgəran yaşayış məntəqəsindəki mövqelərdə qeydə alınıb. Belə ki, həmin mövqelərdə olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin spirtli içki qəbul edərək bir-biriləri ilə mübahisə etdikləri məlum olub.

Hər iki hadisə ilə əlaqədar araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Seperatçılar   Qarabağ  


Bizi "telegram"da izləyin