Nazir: "Qarabağda aşkarlanan meyit qalıqlarının müayinəsi davam edir"

2022/04/66-1649778417.jpg
Oxunub: 3740     10:52     09 Aprel 2022    
“I Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə vətəndaşlarımızın meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi prosesi davam edir”.

Ordu.az xəbər verir, bunu səhiyyə naziri Teymur Musayev açıqlamasında deyib.

Onun sözlərinə görə, müayinələrdə müasir tibbi avadanlıqlardan istifadə olunur: “Prosesə xüsusi təlim keçmiş mütəxəssislər cəlb olunub. Yəqin ki, bu barədə proses yekunlaşdıqdan sonra daha ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Ağdam rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux kəndi və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkar edilib. Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Teymur-Musayev  


Bizi "telegram"da izləyin