İnkişaf etmiş ölkәlәrin ordularında kәşfiyyat informasiya işinin tәşkili – ABŞ-İsrail-Fransa qarşısında Rusiya-Çin nümunəsi

2024/02/1707910349.jpg
Oxunub: 8187     14:30     10 Sentyabr 2024    
Mәqalәdә inkişaf etmiş ölkәlәrin silahlı qüvvәlәrindә kәşfiyyat informasiyası işinin tәşkili araşdırılır, informasiya, texnologiyaları vә avtomatlaşdırılmış kәşfiyyat mәlumatlarının toplanması, emalı vә paylanması sisteminin tәtbiqinә baxılır, çatışmazlıqları vә üstün cәhәtlәri qiymәtlәndirilir, mümkün istifadә perspektivlәri müәyyәn edilir.

İnkişaf etmiş ölkәlәrin silahlı qüvvәlәrindә kәşfiyyat informasiyası işindә informasiya texnologiyaları vә avtomatlaşdırılmış kәşfiyyat mәlumatlarının toplanması, emalı vә paylaşması sistemi tәtbiq edilir. Bu tәcrübәlәri öyrәnmәk vә onlardan faydalanmaq önәmlidir. Açıq mәnbәlәrdә bu sahә üzrә materiallar çox mәhduddur, buna baxmayaraq, әldә olunan materiallara әsasәn, tәhlil aparmağa çalışdıq.

Müasir şәrtlәr üçün idarәetmә vәzifәsinin hәcm vә mahiyyәtinin, nәticәdә qoşunların (qüvvәlәrin) idarәetmә sisteminin informasiya tәminatının da ciddi dәrәcәdә artması xarakterikdir. Bundan başqa, informasiya üstünlüyü hesabına düşmәn üzәrindә nailiyyәtә davamlı tәşәbbüs qeydә alınır ki, bunun da әsasında irihәcmli informasiyanı qısa müddәtdә aşkarlamağa, ötürmәyә vә emal etmәyә imkan verәn әn yeni informasiya texnologiyaları dayanır. Kәşfiyyat informasiyalarının toplanması, emalı, analizi vә paylanmasının, hәmçinin onun avtomatlaşdırılmasının tәşkili mәsәlәlәrindә amerikalı mütәxәssislәr mühüm rola malikdir.

ABŞ Ordusunda kәşfiyyat informasiya işinin tәşkili

ABŞ Silahlı Qüvvәlәrinin vahid qlobal informasiya infrastrukturunun qurulması әn yeni informasiya texnologiyalarına әsaslanan sistem hesab olunur. İnformasiyanın әldә edilmәsi vә paylanmasının müvafiq altsistemlәri yüksәk sәviyyәdә (qlobal vә hәrbi fәaliyyәtlәr teatrı (HFT) sәviyyәsindә) formalaşır. İnformasiyanın әldә edilmәsi üçün yüzlәrlә “Kixoul” kimi foto vә optik- elektron, “Lakross” kimi radiolokasiya, “Ferret” vә “Campsit” kimi radio vә radiotexniki kosmik kәşfiyyat aparatları fәaliyyәt göstәrir. Bu sistemin yaradılma mәqsәdi bütün mәlumatların toplanması, emalı, tәhlili (analizi) vә paylanması, ordunun istiqamәtlәndirilmәsi (oriyentasiyası), hәmçinin etibarlılıq sәviyyәsindә sürәtli silah tuşlama vә ondan istifadәnin elә tәmin edilmәsidir ki, o, düşmәnә adekvat cavab tәdbiri görmәyә imkan vermәsin.

Taktiki fәaliyyәtlәrinin aparılması nәzәrdә tutulan rayonlar haqqında bütün mәlumatların 80%-ә qәdәri kosmosdan әldә olunacaq. HFT sәviyyәsindә әsas informasiya daşıyıcıları hava bazalaşma kәşfiyyatı vasitәlәri olacaq.
.
ABŞ-ın bütün kәşfiyyat xidmәtlәrindә әsas vә üstün mәqsәd ilkin kәşfiyyat informasiyalarının toplanması, emalı vә onun әsasında analitik qiymәtlәndirmәnin vә nәticәlәrin әldә olunmasıdır.

Kәşfiyyat informasiyalarının toplanması vә emalı zamanı amerikalı kәşfiyyatçıların әsas fәaliyyәt istiqamәtlәri, әsasәn, müxtәlif federal nazirlik vә idarәlәrin tәmsil etdiyi konkret istifadәçilәrin sorğuları nәzәrә alınmaqla tәyin olunur. Kәşfiyyat informasiyası istifadәçilәri öz sorğularını müxtәlif tәşkilatların kәşfiyyat informasiyasına tәlәbatının sistemlәşdirilmәsi vә ümumilәşdirilmәsini aparan kәşfiyyat orqanına yönәldir. Sorğular çox müxtәlif ola bilәr. Ümumilikdә sorğu özündә elә informasiyaları tәşkil edir ki, tәşkilatların onu adi yollarla әldә etmәsi mümkün deyil. Bәzi hallarda, elә informasiya istәnilir ki, onu açıq mәnbәlәrdәn әldә etmәk olur, bu zaman kәşfiyyat orqanı sorğunu tez vә ciddi maddi sәrfiyyat olmadan yerinә yetirir. Digәr hallarda, sorğunun tәmin edilmәsi üçün bütün kәşfiyyat orqanları resurslarının fәaliyyәtә cәlb edilmәsi vә ardınca әldә olunmuş informasiyanın ciddi analitik emalı tәlәb olunur.

Ümumi tәlәbat nәzәrә alınmaqla kәşfiyyat informasiyasının әldә edilmәsi üzrә hәr bir kәşfiyyat xidmәtinә (orqanına) tapşırıqlar müәyyәn olunur. İnformasiya, bir qayda olaraq, onu әldә edәn kәşfiyyat xidmәtinin analitiki tәrәfindәn emal edilir. Bundan sonra emal olunmuş kәşfiyyat informasiya mәhsulu konkret istifadәçilәrә vә kәşfiyyat qurumunun analitik xidmәtinә yönlәndirilir. İstifadәçilәr әldә olunmuş kәşfiyyat informasiyasının onların ehtiyacını nә dәrәcәdә ödәdiyini qiymәtlәndirir, ehtiyac olduqda әlavә kәşfiyyatın aparılmasını vә ya artıq әldә olunmuş informasiyanın әlavә analitik emalını tәlәb edir. Kәşfiyyat qurumunun analitiklәri kәşfiyyat mәlumatlarını, müxtәlif kәşfiyyat xidmәtlәrinin emalını ümumilәşdirir, hәmçinin ümumi qiymәtlәndirilmәsinin işlәnmәsi vә ümumilәşdirilmiş kәşfiyyat hesabatının hazırlanması mәqsәdilә onları açıq mәnbәlәrdәn әldә olunmuş digәr informasiyalarla tutuşdururlar.

ABŞ-ın kәşfiyyat sahәsindә ilkin kәşfiyyat mәlumatlarının analitik emalını kәşfiyyat fәaliyyәtini birbaşa olaraq aparan qurum (orqan) hәyata keçirir. İnformasiyanın daha ciddi, dәrin analitik emalı tәlәb olmadıqda, kәşfiyyat mәhsulu öz istifadәçilәrinә yönlәndirilir. Әgәr әldә olunmuş kәşfiyyat mәlumatının daha ciddi, dәrin analitik emalına ehtiyac varsa, o zaman onun emalı, kәşfiyyat qurumunun ixtisaslaşdırılmış analitiklәr tәrәfindәn hәyata keçirilir.

MKİ (Mәrkәzi Kәşfiyyat İdarәsi) vә MNKİ (Müdafiә Nazirliyinin Kәşfiyyat İdarәsi) nәinki özlәri ilkin kәşfiyyat mәlumatlarının toplanmasını, hәtta, әldә olunmuş mәlumatların bütün sәviyyәlәrdә analitik emalını müstәqil hәyata keçirir, belә ki, kәşfiyyat mәlumatlarının әldә edilmәsi vә toplanmasını hәyata keçirәn bölmәlәrlә yanaşı, onlar mәlumatların әn yüksәk analitik emalı bölmәlәrinә dә sahibdirlәr.

Müdafiә Nazirliyi çәrçivәsindә kәşfiyyat informasiyasının analitik emalı bir qәdәr fәrqli tәrzdә qurulur. Müdafiә Nazirliyinin әsas analitik bölmәsi hesab olunan MNKİ nazirliyin digәr kәşfiyyat xidmәtlәrinin, qismәn ayrı-ayrı qurumlarının (ordu, donanma, hәrbi hava qüvvәlәri) vә birlәşmiş komandanlığının analitik proseslәrinә aktiv tәsir göstәrir. İnformasiyaların analitik emalının mәrkәzlәşdirilmiş sistemi və burada kәşfiyyat mәlumatlarının son emalı MNKİ tәrәfindәn hәyata keçirilir, analitik prosesdә tәkrarçılığa vә uyğunsuzluğa yol verilmәmәsini tәmin edir.

ABŞ-ın mәlumat bazaları Quru qoşunları, birlәşmiş vә çoxmillәtli qüvvәlәrin idarәetmә orqanları arasında informasiya mübadilәsi, dövlәt vә müәssisә quruluşları tәrәfindәn, bir qayda olaraq, açıq kanallar üzrә hәyata keçirilir. Öz növbәsindә, mәlumat әlaqәlәri vә ötürülmәsinin qapalı sistemi milli kәşfiyyat direktorunun aparatı, ABŞ SQ-nin Birlәşmiş Komandanlıq (BK) kәşfiyyat mәrkәzi, Quru Qoşunlarının (QQ) hәrbi әmәliyyatları teatrında kәşfiyyat quruluşunun, hәmçinin açıq informasiya mәnbәlәri ilә iş aparan digәr tәşkilat vә müәssisәlәrin birlәşmәsinә imkan verir.

Mәlumatların ötürülmәsinin әsas sistemlәri SIPRNET (Secret Internet Protocol Router Network) vә NIPRNET hesab olunur. SIPRNET – qoşulmuş istehlakçılara hasilat orqanları qarşısında vәzifә qoymağa vә vacib informasiyaları soruşmağa, HARMONY bazasında informasiya axtarışının hәyata keçirilmәsinә imkan verir. NIPRNET – istifadәçilәrin ümumdünya informasiya internet kitabxanasından (World Basic Information Library – WBIL) vә internet şәbәkәsindә olan digәr saytlardan istifadәsinә imkan verir.

HARMONY mәlumatlar bazası müdafiә nazirinin vә ABŞ-ın kәşfiyyat qurumlarının tәlәbatlarının yerinә yetirilmәsi çәrçivәsindә fәaliyyәt göstәrir. Buraya xarici ölkәlәr haqqında bütün informasiya mәnbәlәri üzrә sadә vә kompleks biblioqrafik arayışlar daxildir (texniki işlәmәlәr, doktrinal vә nizamnamә sәnәdlәri, hәmçinin onların tәrcümәlәri). HARMONY bazasının әsas xüsusiyyәti ona giriş

vә ondan istifadәnin sadәliyidir ki, bu da lazımi sәnәdlәrin tez axtarışını hәyata keçirmәyә imkan verir, elәcә dә ABŞ-ın hökumәt quruluşları daxilindә mәlumatların sürәtli mübadilәsinin tәşkilinә şәrait yaradır.

İnformasiya emalı sistemi PRINCE kәşfiyyat mәrkәzi sisteminin maraqları üzrә açıq mәnbәlәrdәn әldә edilmiş informasiyaların analizi әsasında fәaliyyәt göstәrir, sәnәdlәrin (arayışların) hazırlanması, redaktәsi vә paylanması ilә mәşğul olan web-әlavәlәrinin işini tәmin edir. Belә әlavәlәrә giriş imkanına malik olan istifadәçilәr materialları İnternet şәbәkәsinin imkan verdiyi istәnilәn yerdәn tәrcümә vә redaktә etmәk, eyni zamanda paylaşmaq üçün göndәrmәk imkanı әldә edirlәr. Tәrcümә ilә yanaşı, bu sistem sәnәdlәrin analizinin aparılmasına vә analitik arayışların hazırlanmasına imkan verir. İnternet şәbәkәsindәn başqa, PRINCE sistemindә vә ya “opensource.org” saytında olan sәnәdlәrә giriş JWICS (Joint Worldwide Intelligence Communication System) vә SIPRNET qapalı kanallarından da hәyata keçirilә bilәr.

Ümumdünya informasiya kitabxanası (WBIL) ABŞ-ın kәşfiyyat cәmiyyәtinin xüsusi proqramını özündә әks etdirir ki, onun da idarәsi QQ-nin quruculuğu üzrә tәdris vә elmi tәdqiqat komandanlığının (Training and Doctrine Command – TRADOC) xarici ölkәlәrin silahlı qüvvәlәrinin öyrәnilmәsi bölmәlәrinә (Forign Military Studies Office – FMSO) hәvalә edilib. Quru qoşunlarının vә digәr qoşunların şәxsi heyәti informasiyaların toplanmasını ümumdünya İnternet şәbәkәsi saytlarında, onun sistemlәşdirilmәsi vә arxivlәşdirilmәsini isә WBIL kitabxanasında hәyata keçirә bilәr. Bazaya giriş hüququ olan şәxslәr WBIL bazasına İntelink ‒ SBU, SIPRNET vә ya JWICS şәbәkәlәrindәn daxil olmaq üçün PATHFINDER analitik instrumentarisini tәtbiq edir.

PATHFINDER sisteminin proqram tәminatı (bir neçә dәqiqә әrzindә) dövlәt vә digәr mәlumat bazalarından, mәsәlәn, coğrafi mәkan kәşfiyyatının idarәsinin milli informasiya kitabxanasından (National Information Library – NIL), komanda informasiya kitabxanasından (Command Information Library – CIL) vә tәsvir informasiyası mәlumatları bazasından (Image Product Library – IPL) 500 min sәnәdin analizinin aparılmasına imkan verir ki, bu da iri gәmilәrdә (aviadaşıyıcılar, sualtı gәmilәrdә, idarәetmә gәmilәrindә (komanda mәntәqәlәrindә) vә s.) informasiyaların toplanması, emalı, analizi vә paylanmasının perspektiv sistemi DCGSs ilә birgә yerlәşib.

ABŞ Quru Qoşunlarının avtomatlaşdırılmış kәşfiyyat mәlumatlarının toplanması, emalı vә paylanması sistemi DCGS-A.

Elmi tәdqiqat vә tәcrübi quruculuq işlәri (ETTQİ) ABŞ-ın Müdafiә Nazirliyi tәrәfindәn geniş miqyasda inkişaf etdirilib, bu da “mәrkәzi-şәbәkә müharibәsi” (NCW – Network Centric Warfire) konsepsiyası da adlanan “Vahid informasiya mәkanında döyüş fәaliyyәtlәrinin aparılması” konsepsiyasının hәyata keçirilmәsinә istiqamәtlәnib. Onun әsas mәqsәdi, düşmәn üzәrindә tәsirli informasiya üstünlüyü hesabına silahlı qüvvәlәrdәn istifadәnin effektivliyini artırmaqdır. Amerika hәrbi mütәxәssislәrinin fikrincә, informasiya üstünlüyünü tәşkil edәnlәrdәn biri dә kәşfiyyat mәlumatlarının fasilәsiz axınını zamanında toplamaq, emal etmәk vә paylaşmaq bacarığı sayәsindә әldә olunmuş operativ üstünlükdür.

Müasir dövrdә “mәrkәzi şәbәkә müharibәsi” konsepsiyasının hәyata keçirilmәsi üzrә bir sıra işlәr ABŞ SQ-nin avtomatlaşdırılmış kәşfiyyat mәlumatların toplanması, emalı vә paylanması sisteminin − DCGS (Distributed Common Ground System) tәkmillәşdirilmәsi vә genişlәndirilmәsi çәrçivәsindә aparılır.

Bu proqram müxtәlif növ mәnbәlәrin vә kәşfiyyat informasiyanın komplekslәşdirilmәsini, daxil olan mәlumatların emalı vә şifrәsinin açılması proseslәrinin avtomatlaşmasını, hәmçinin tәkzib edilmiş (bölünmüş) girişlә kәşfiyyat mәlumatlarının ümumi bazasının formalaşdırılmasını tәmin edәn aparat- proqram vәsaitlәrinin yaradılmasına vә tәtbiqinә yönәlib. Bununla yanaşı, düşmәn haqqında mәlumatların toplanması, analizi (tәhlili) vә tәqdim edilmәsini yerinә yetirәn yerüstü vasitәlәrin arxitekturasını unifikasiyalaşdırmaq, vahid proqram tәminatı qurmaq, daxil olan artıq informasiyaları azaltmaq, onun tәsvirinin, axtarış sürәtinin vә istifadәçiyә çatdırılmasının keyfiyyәtini yüksәltmәk istiqamәtindә işlәr aparılır.

Döyüş fәaliyyәtinin kәşfiyyat tәminatı tapşırıqlarını daha әhatәli hәll edәn, aparat-proqram vәsaiti DCGS-A-nın әsasını tәşkil edәn baza sistemi kimi ASAS (All Source Analyses System) seçilib. ABŞ QQ ABCS (Army Battle Command System) idarәsinin avtomatlaşdırılmış sistemlәr ailәsinin komponenti olaraq, o, düşmәn haqqında texniki kәşfiyyat vasitәlәrinin kömәyi ilә әldә olunmuş mәlumatların real miqyasa yaxın zamanda toplanması, emalı, analizi (tәhlili), birlәşdirilmәsi, çatdırılması vә tәsviri üçün nәzәrdә tutulub.

Avtomatlaşdırılmış rejimdә sistem aşağıdakı tapşırıqların hәllinә imkan verir:

– ordu korpusundan tabora qәdәr idarәetmә tәbәqәlәrindә müxtәlif mәnbәlәrdәn daxil olmuş kәşfiyyat mәlumatlarının emalı;
– cari vәziyyәti izlәmәk, düşmәnin ayrı-ayrı mәqsәdlәrini müәyyәn etmәk vә apardığı tәdbirlәri aşkara çıxarmaq;
– düşmәn qruplaşmalarının tәrkibi vә dislokasiyasında dәyişikliyi aşkarlamaq;
– radio kәşfiyyat (RK) vә radioelektron müharibә (REM) qüvvә vә vasitәlәrinin tәtbiqinin tәşkili;
– komandan mәntәqәlәrini (KM) vә qәrargahları düşmәn qüvvәlәri, onların sәrәncamında olan silahlar vә onların mövqelәri, hәmçinin digәr tәhlükәlәr haqqında daha әtraflı mәlumatla tәmin etmәk;
– emal edilmiş mәlumatları formalaşdırılmış şәkildә operativ planlaşdırmanın hәyata keçirilmәsi vә atәşlә zәrәrvurma vasitәlәrinә hәdәfin tәyin edilmәsi haqda mәlumatların verilmәsi üçün müvafiq idarәetmә orqanlarının digәr avtomatlaşdırılmış sistemlәrinә göndәrmәk;
– göstәrilmiş hәdәf üzrә endirilmiş zәrbәlәrin nәticәlәrini qiymәtlәndirmәk.

Sistemin fәaliyyәt prinsipi radio (RK) vә radio-texniki (RTK) kәşfiyyat sistem vә vasitәlәrindәn, ölçü-siqnatur, havagörüntülü, radiolokasiya vә agentura kәşfiyyatından alınmış mәlumatların avtomatlaşdırılmış vә insan-texniki emalı metodlarının tәtbiqinә әsaslanır. Strateji vә operativ-taktiki sәviyyәdә kәşfiyyat güc vә vasitәlәrindәn alınmış, elәcә dә operativ ‒ tәxirәsalınmaz mәlumatların әlaqәlәr kanalı üzrә göndәrilmiş mәlumatlar ixtisaslaşdırılmış vә avtomatlaşdırılmış iş yerlәrindә (AİY) operatorlar tәrәfindәn öncәdәn tәhlil (analiz) edilir vә formalaşdırılmış şәkildә MİDB (Multi Intelligence Data Base) mәlumatlar bazasında yadda saxlanılır. Daha sonra bu mәlumatlar ayrı-ayrı kәşfiyyat әlamәtlәri arasında mәkan vә zaman korrelyasiyasının (qarşılıqlı әlaqәsi) tutuşdurulması vә aşkarlanması, onların xarakterik xüsusiyyәtlәrinin önә çıxarılması, şablonlarla müqayisә yolu ilә onların identifikasiyası, onların aidiyyәti vә siniflәndirilmәsinin tәyin edilmәsi mәqsәdilә avtomatlaşdırılmış emala mәruz qalır.

ASAS HFT-da ABŞ-ın Quru Qoşunlarının bütün sәviyyәlәrdә idarәsinin eynitipli kәşfiyyat arxitekturasının formalaşmasını tәmin edir. Bu arxitektura üç әsas elementlәr qrupunu birlәşdirir:

– mәlumatların emalı vә әlaqә vasitәlәri – sensorlar (ötürücü);
– mәlumatların mübadilә protokolları;
– islahat prosedurlarının vahid standart sәviyyәdә birlәşәn tәqdimatı.
Mәlumatların emalı vә tәhlilinin (analizinin) avtomatlaşdırılmış iş yerlәri KM-nin “Ordu Korpusu
– tabor” sәviyyәlәrindә, hәmçinin RK vә REM briqada vә taborlarında yerlәşir.


İraq vә Әfqanıstanda ASAS döyüş tәtbiqlәri göstәrdi ki, o, kәşfiyyat mәlumatının emalı prosesini sürәtlәndirir. Bu sistemdәn istifadә taktiki kәşfiyyat normativini 2–3 dәfә azaltmağa, vәziyyәtin qiymәtlәndirilmәsi dövriliyini 2–4 dәfә artırmağa (diviziya üçün 30 dәq, ordu korpusu üçün 60 dәq, ordu qrupları/operativ-taktiki ordu komandanlığı üçün 4 saat) imkan verir.

Müasir dövrdә ASAS-nin vә ilk növbәdә onun kәşfiyyat mәlumatlarının avtomatlaşdırılmış emalı vә tәhlili (analizi) altsistemlәrinin tәkmillәşdirilmәsi üzrә ETTQİ davam etdirilir. Bu zaman әsas iş istiqamәtlәrindәn biri proqram tәminatının internet-texnologiyalarından, qismәn vahid NCES (National Center for Education Statistics) şәbәkә xidmәti kompleksinin imkanlarından istifadәyә keçirilmәsi, hәmçinin DCGS-A mәlumatlarının toplanması, emalı vә paylanmasının perspektiv sistemi tәrkibindә mәrhәlәli inteqrasiya sistemidir. Bu mәqsәdlәrә xәrclәnәn mәblәğ 2007–2013-cü il müddәtindә hәr il tәxminәn 3,4 milyon dollar tәşkil etmişdi.

Sistem vә istifadәçilәr arasında mәlumat mübadilәsi üçün ABŞ-ın JWICS kәşfiyyat cәmiyyәtinin kәşfiyyat informasiyalarının әlaqә vә ötürülmәsinin birlәşmiş sistemindәn vә Müdafiә Nazirliyinin internet-protokolu üzrә mәxfi informasiyaların ötürülmәsi şәbәkәsi SIPRNET istifadә olunur.

Kәşfiyyat informasiyalarının toplanması, emalı vә paylanmasının yeni avtomatlaşdırılmış sistemlәrinin yaradılması proqramlarının bütövlükdә hәyata keçirilmәsi ABŞ-ın Quru Qoşunlarının operativ-taktiki sәviyyәdәki komandirlәrinә real zamanda öncәdәn emal edilmiş, kompleks kәşfiyyat informasiyalarını vaxtında әldә etmәyә imkan verir.

İsrail Ordusunda kәşfiyyat informasiya işinin tәşkili

İsrail Ordusunda hәrbi kәşfiyyat idarәsi müharibә, düşmәn, terror fәaliyyәtlәri tәhlükәsi haqda xәbәrdarlıq etmәkdә, hәrbi-siyasi sahәdә vәziyyәtin milli kәşfiyyat qiymәtlәndirilmәsinin qurulmasına, cari kәşfiyyat mәlumatlarının çatdırılmasına, hәmçinin İsrail Müdafiә Ordusunda qabaqlayıcı (preventiv) kәşfiyyata görә mәsuliyyәt daşıyır

İsrail Müdafiә Ordusunun Kәşfiyyat İdarәsinin informasiyanın toplanması vә emalı sahәsindә әsas vәzifәlәri bunlardır:

– İsrail Müdafiә Ordusunun informasiyanın toplanması sahәsindә fәaliyyәt göstәrәn bölmәlәri tәrәfindәn hәyata keçirilәn kәşfiyyat mәlumatlarının toplanması, planlaşdırılması vә kәşfiyyat mәlumatlarının ordu qüvvәlәrinә, hәmçinin kәşfiyyat cәmiyyәti xidmәtinә, aşağıdakılar da daxil olmaqla yönәldilmәsi;
– elektromaqnit siqnallar mәnbәyindә kәşfiyyatın planlaşdırılması vә aparılması;
– vizual kәşfiyyatın planlaşdırılması vә aparılması (bu sahәdә hәrbi-hava vә hәrbi-dәniz qüvvәlәrinin, elәcә dә diviziya vә daha aşağı heyәtin birlәşmәsinin cari tәlәbatı üçün quru qoşunlarının apardığı tәdbirlәr istisna olmaqla);
– kәşfiyyat obyekti ölkәlәrindә vә terror tәşkilatlarında agentura kәşfiyyatının planlaşdırılması vә aparılması (kәşfiyyat cәmiyyәtinin sәlahiyyәt xidmәtlәrinin bölünmәsi prinsipi әsasında), hәrbi әsirlәrin dindirilmәsi vasitәsilә mәlumatların alınması;
– açıq mәnbәlәr әsasında kәşfiyyatın planlaşdırılması, aparılması vә qәnimәt alınmış silahların, elәcә dә sәnәdlәrin öyrәnilmәsi vasitәsilә mәlumatların әldә edilmәsi;
– kәşfiyyat mәlumatlarının toplanması üzrә xüsusi әmәliyyatların planlaşdırılması vә aparılması;
– aerofotoçәkilişlәrin planlaşdırılması vә aparılmasının bәrqәrar edilmәsi (hәrbi-hava qüvvәlәrinin şәxsi mәqsәdlәr üçün apardığı aerofotoçәkilişlәr istisna olmaqla), әldә olunmuş şәkillәrin analizi vә alınmış mәlumatların yayılması prioritetlәrinin müәyyәnlәşdirilmәsi (hәrbi-hava vә hәrbi- dәniz qüvvәlәrinin cavabdehlik sahәlәri istisna olmaqla);
– toplanmış informasiyaların emalı, analizi vә qiymәtlәndirilmәsi, kәşfiyyat xülasәsinin vә vәziyyәtlәrin kәşfiyyat qiymәtlәndirilmәsinin formalaşdırılması.
İdarәetmәnin quruluşuna, hәmçinin daxildir.
– kәşfiyyat xidmәti − hәrbi kәşfiyyat bölmәlәrinin şәxsi heyәtinin hazırlığına, idarә edilmәsinә, elәcә dә maddi-texniki tәminatı vә digәr tәşkilati tapşırıqlarının yerinә yetirilmәsindә mәsuliyyәt daşıyır,
– kәşfiyyat xidmәtinin tabeliyindә kәşfiyyat mәktәbi dә daxil olmaqla 15 tәdris bazası, hәmçinin çox sayda hazırlıq müәssisәlәri var,
– kәşfiyyat analizi bölmәsi − kәşfiyyat mәlumatlarının analizi vә kәşfiyyat xülasәsinin ordu komandanına vә siyasi rәhbәrliyә tәqdim edilmәsinә cavabdehdir. Bölmәnin tәrkibindә, hәmçinin nәzarәt departamenti fәaliyyәt göstәrir, onun cavabdehliyinә bölmәnin nәticәlәri vә xülasәsinin kritik analizi daxildir,
– elektron kәşfiyyatın toplanmasına vә şifrlәrinin açılmasına cavabdeh 8200 nömrәli bölmә;
– hava vә kosmik daşıyıcılardan fotoqrafik mәlumatların toplanması vә şifrlәrinin açılmasına cavabdeh 9900 nömrәli bölmә;
– agentura şәbәkәlәri vә mәlumat ötürәn şәxslәrdәn informasiyaların toplanmasına mәsuliyyәt daşıyan 504 nömrәli bölmә.


Fransa Ordusunda kәşfiyyat informasiya işinin tәşkili

Fransa Ordusunda kәşfiyyat informasiyalarının planlaşdırılması, koordinasiyası, әldә olunması, emalı vә istifadәsi üçün Hәrbi Kәşfiyyat İdarәsi (HKİ) mövcuddur.

Kәşfiyyat fәaliyyәtinin cari vә perspektiv planlaşdırılması üzrә vәzifәlәr idarәetmә qәrargahına aiddir. Onun tәrkibinә hәrbi kәşfiyyat әmәkdaşları ilә yanaşı, Milli Jandarm Baş idarәsinin, Müdafiә Nazirliyinin Müdafiә vә Tәhlükәsizlik idarәsinin (Direction de la protection et de la securite de la defense), SQ-in qәrargah vә silahlandırma üzrә baş nümayәndә heyәtinin әlaqәlәndirici zabitlәri daxildir.

Kәşfiyyat bölmәsi (sous-direction “recherches”) agentura vә radioelektron kәşfiyyatın (REK) operativ sәviyyәdә tәşkili vә fәaliyyәtinә cavabdehdir. REK sahәsindә tapşırıqların hәllindә Quru Qoşunlarının baş qәrargahında tәşkilati cәhәtdәn qapalı, operativ-taktiki kәşfiyyat vә radioelektron müharibә briqadalarının güc vә vәsaitlәrindәn, hәmçinin kәşfiyyat üçün yerin süni peyklәrindәn (YSP) vә kömәkçi hәrbi-dәniz qüvvәlәri gәmilәrindәn, tәyyarә vә pilotsuz uçuş aparatlarından (PUA) istifadә olunur.

İnformasiyaların toplanması vә emalı bölmәsi (sous-direction “exploitation”) operativ-taktiki imkanların xarici ölkәlәrin SQ-dә tәtbiqinin tәşkilinә, taktika vә üsullarının analizinә cavabdehdir. Onun tabeliyindә iki ixtisaslaşdırılmış quruluş var:

– hәrbi mәsәlәlәr üzrә kәşfiyyat mәlumatlarının emalı vә analizi mәrkәzi (Center de'Exploition du Renseignement Militaire – CERM),
– tәsvir informasiyası emalının ümumi hәrbi mәrkәzi (Le centre de formation et de'interpratation interarnuies de l'imagerie – CF3l).


Birincisi, Fransanın SQ növlәrinin kәşfiyyat orqanları fәaliyyәtinin koordinasiyasını hәyata keçirir vә dünyada hәrbi-siyasi hadisәlәrin inkişafının izlәnilmәsinә vә qiymәtlәndirilmәsinә cavabdehdir. Burada QQ, HHQ vә HDQ-nin müvafiq orqanlarından әldә olunmuş kәşfiyyat mәlumatlarının taktiki sәviyyәdә toplanılması, emalı, analizi vә onların әsasında ölkәnin hәrbi-siyasi rәhbәrliyinә mәruzә üçün kәşfiyyat sәnәdlәrinin hәrbi aspektdә operativ vә strateji cәhәtdәn hazırlanması işlәri aparılır.

İkincisi, tәsvir informasiyası emalının ümumi hәrbi mәrkәzi “Helios” YSP-dәn, “Miraj-F. 1 CR” vә PUA tәyyarәlәrindәn alınmış mәlumatların emalına cavabdehdir.

Rusiya Ordusunda kәşfiyyat informasiya işinin tәşkili

Rusiya Ordusunda kәşfiyyat prosesi aşağıdakı tәdbirlәrdәn ibarәtdir:

– fasilәsiz yerinә yetirilәn dörd fәaliyyәt: düşmәn vә әmәliyyat (döyüş) rayonu haqqında tam kәşfiyyat mәlumatlarının formalaşdırılması; kәşfiyyat mәlumatlarının analizi; kәşfiyyat mәlumatlarının qiymәtlәndirilmәsi; kәşfiyyat mәlumatlarının yayılması vә çatdırılması (paylanması);
– qapalı kәşfiyyat silsilәsini әmәlә gәtirәn dörd mәrhәlә: kәşfiyyat fәaliyyәtinin planlaşdırılması; kәşfiyyatın aparılmasına hazırlıq; kәşfiyyat mәlumatlarının әldә olunması vә toplanması; kәşfiyyat informasiyasının formalaşdırılması.


Kәşfiyyat prosesindә fasilәsiz hәyata keçirilәn fәaliyyәtlәr bir sıra qarşılıqlı әlaqәli tәdbirlәrin keçirilmәsini nәzәrdә tutur.

Qәrargahın kәşfiyyat orqanı komandiri konkret әmәliyyat (döyüş) tapşırıqlarının yerinә yetirilmәsindә son dәrәcә önәmli olan әmәliyyat (döyüş) vәziyyәti ilә bağlı dolğun vә düzgün mәlumatlara sahib olmaqda maraqlıdır. Buna görә dә düşmәn vә әmәliyyat (döyüş) rayonu haqqında dolğun kәşfiyyat informasiyasının formalaşdırılmasında әsas mәqsәd yaranmış vәziyyәtlә bağlı hәrtәrәfli vә әtraflı mәlumatın toplanmasıdır ki, bu da kәşfiyyat orqanlarının daha effektiv tәtbiqini tәlәb edir.

Rusiya Ordusunda hissәlәr (bölmәlәr) tәrәfindәn döyüş tapşırıqlarının alınması zamanı әmәliyyat vәziyyәti haqqında dәqiq vә düzgün mәlumatların olması onun uğurla yerinә yetirilmәsi üçün vacib şәrtdir. Әgәr kәşfiyyat düşmәn vә әmәliyyat (döyüş) rayonuna aid müxtәlif mәsәlәlәrlә bağlı tam mәlumatlar verә bilirsә, bu zaman әmәliyyatın (döyüşün) daha keyfiyyәtli planlaşdırılması vә qoşunlara (qüvvәlәrә) düşünülmüş rәhbәrlik edilmәsi tәmin olunur. Bütün faktorlar vә şәraitlә bağlı mәlumatın vacibliyi nәzәrә alınaraq, onların formalaşması fasilәsiz olmalı vә döyüş tapşırığı hәm verilәn ana qәdәr, hәm dә ondan sonra bütün döyüş fәaliyyәti mәrhәlәlәrindә hәyata keçirilmәlidir (planlaşdırılması, birbaşa hazırlığı, aparılması, nәticәlәrin qiymәtlәndirilmәsi).

Rusiya Ordusunda kәşfiyyat tәrәfindәn mәlumatların tam formalaşdırılması zamanı ehtimal olunan düşmәn vә gәlәcәk әmәliyyat (döyüş) rayonu haqqında sәnәdlәrdәn, faktlardan, hadisәlәrdәn, digәr mәxfi vә qeyri-mәxfi mәnbәlәrdәn әldә olunmuş, hәmçinin kәşfiyyat mәlumatını (xәbәrini) әldәetmә әmәliyyatı prosesindәn alınmış informasiyalardan istifadә olunur. Bu fәaliyyәtin әsas mәqamı informasiya ilә natamam xәbәrdarolma sahәlәrinin müәyyәnlәşdirilmәsi hesab olunur ki, bu da döyüş sahәsinin kәşfiyyat hazırlığının gedişindә vә әmәliyyatın sonrakı mәrhәlәlәrindә aradan qaldırıla bilәr. Toplanmış informasiyalar әsasında hazırlanmış әsas informasiya sәnәdlәrinә mәlumatların ilk arxivi, tematik kәşfiyyat mәlumatları daxildir.

Әldә edilmiş (toplanmış) kәşfiyyat mәlumatlarının analizindә sәnәdlәrin, faktların vә s. diqqәtli, detallı vә hәrtәrәfli öyrәnilmәsi, dәrk edilmәsi vә artıq mövcud olan kәşfiyyat mәlumatları ilә tutuşdurulması hәyata keçirilir. Daha sonra kәşfiyyat obyekti haqqında dağınıq informasiyalardan yeni biliklәrin formalaşdırılması aparılır. Daxil olmuş mәlumatların analizi idarәetmә orqanlarına yaranmış vәziyyәtlә bağlı qәrar qәbul etmәyә imkan verir. Әmәliyyat (döyüş) vәziyyәtinә daimi nәzarәt vә orada baş verәn dәyişikliklәr haqqında komandirin vaxtında mәlumatlandırılması prosesi bütün әmәliyyat (döyüş) әrzindә fasilәsiz hәyata keçirilmәlidir.

Rusiya Ordusunda elә mәlumatlar analiz edilir ki, onların üzәrindә işlәyәrkәn cari hadisәlәr, düşmәn qoşunlarının vәziyyәti vә fәaliyyәt xarakteri, meteoroloji şәrtlәr, mülki müәssisәlәrin infrastrukturu, mülki rәhbәr vә tәşkilatlarının fәaliyyәt istiqamәti vә xarakteri, tәhlükә mәnbәlәrinin әmәliyyata (döyüşә) tәsiri, hәmçinin analiz әsasında vәziyyәtin inkişaf ilә bağlı informasiyalar әldә edilә bilәr. Bundan başqa, kәşfiyyat idarәsi (şöbәsi, bölmәsi) öz qoşunlarının zәif tәrәflәri haqqında mәlumatları (verilәnlәri) analiz edir vә düşmәn haqqında mәlumatları öyrәnmәklә, hadisәlәrin mümkün inkişaf ssenarisini işlәyir, daha sonra komandirә vacib nәticә vә tövsiyәlәri hazırlayır.

Ştat qüvvә vә vasitәlәrdәn daxil olmuş vә ya sәrәncamda kәşfiyyat mәlumatları hәcmdә olduqda qonşu birlәşmәlәrinin bölmәlәri vә ya yuxarı qәrargah tәrәfindәn әldә olunan mәlumatlardan istifadә olunur, ehtiyac yarandıqda isә yuxarı qәrargahın informasiya-analitik tәminatı üzrә imkanları da cәlb edilә bilәr.

Kәşfiyyat mәlumatları әldә edәn bölmәlәrdәn vә digәr mәnbәlәrdәn daxil olmuş kәşfiyyat mәlumatlarının qiymәtlәndirilmәsi informasiya-analitik kәşfiyyat orqanlarının fәaliyyәtinin vacib elementi hesab olunur. Analiz mәrhәlәsindә olduğu kimi, vәziyyәtin müәyyәn anlarında yaranan faktorlar vә şәraitlәr haqqında bütün mәlumatlar qiymәtlәndirilir, bu zaman әsas diqqәt, bir qayda olaraq, düşmәn haqqında mәlumatlara yönlәndirilir. Onların qiymәtlәndirilmәsi növbәti tapşırıqların hәlli mәqsәdilә hәyata keçirilir:

– cari vәziyyәtin izlәnilmәsi vә әldә olunan (toplanan) kәşfiyyat mәlumatlarından tәyinat üzrә dәrhal istifadә;
– kәşfiyyat mәlumatların qarşıya qoyulmuş tapşırıqlarla uyğunluğunun yoxlanılması vә ehtiyac olduqda, kәşfiyyatın qarşısında qoyulmuş tapşırıqlarının hәlli üçün sәylәri istiqamәtlәndirmәk mәqsәdilә bölmәlәrә aktiv tәsir göstәrmәk;
– kәşfiyyat mәlumatları әldә edәn bölmәlәrinin yenidәn istiqamәtlәndirilmәsi ilә komandirin ilk növbәdә vacib informasiya tәlәbatının tәmin olunmasına nәzarәti;
– düşmәndәn qaynaqlanan tәhdidlәrin sәviyyәsinin müәyyәn edilmәsi vә onların dezinformasiya üzrә apardıqları kompleks tәdbirlәrin aşkarlanması.


Rusiya Ordusunda әldә olunan bütün mәlumatların qiymәtlәndirilmәsinin fasilәsiz olması qoşunları (qüvvәlәri) yalnız әmәliyyat (döyüş) vәziyyәtindәki potensial dәyişikliklәr haqqında zamanında xәbәrdarlıqla deyil, elәcә dә ayrı-ayrı hadisәlәr arasında qarşılıqlı әlaqәnin aşkarlanması ilә tәmin edir ki, bu da yaranmış vәziyyәt haqqında tam tәsәvvür yaratmağa vә әsaslı nәticәlәr formalaşdırmağa imkan verir.

Komandirlәr qәrar qәbuletmә prosesini tәmin etmәk üçün kәşfiyyat orqanlarının vәziyyәti vә informasiya sәnәdlәri haqqında vaxtında vә müәyyәn (tәyin olunmuş) forma (mәtn, cәdvәl, qrafik vә s.) vә növdә (mәlumat, arayış, hesabat, xәritә, sxem vә s.) informasiyalar әldә etmәlidir (vә ya әldәetmә imkanına malik olmalıdır). Kәşfiyyat mәlumatlarının yayılması vә çatdırılması prosesi hazırkı zamanda vacib olan (vә ya gәlәcәkdә tәlәbatları olacaq) kәşfiyyat mәlumat vә informasiyalarının (vә ya onların toplusunun) istifadәçilәrә yönlәndirilmәsindәn (göndәrilmәsindәn), ya da istifadәçilәrә kәşfiyyat mәlumatlarına buraxılış (giriş) imkanın tәqdim edilmәsindәn ibarәtdir.

Rusiya Ordusunda ümumqoşun birliklәrinin qәrargahlarında (komanda mәntәqәsindә (KM)) informasiya işlәri üzrә әsas tapşırıqları bilavasitә informasiya mәrkәzi (İMr), ümumqoşun birliklәrinin ehtiyat komanda mәntәqәsindә (EKM) informasiya qrupları (postları) (İQr), idarә, şöbә vә xidmәtlәrdә xüsusi tәyin olunmuş zabitlәr-informatorlar (istiqamәtçilәr) yerinә yetirir. İnformasiya mәrkәzi ümumqoşun birliyin komandan mәntәqәsinin әsas elementlәrindәndir. İMr daxil olan mәlumatların toplanması, emalı, ümumilәşdirilmәsi vә analizi (operativ, döyüş vә tәminat növü üzrә), öncәdәn tәyin olunduğu üzrә paylanması, әlaqәdar idarәetmә orqanlarına vә sәlahiyyәtli şәxslәrә operativ göndәrilmәsi üçün nәzәrdә tutulub.

İnformasiya mәrkәzinin әsas vәzifәlәri müәyyәn olunub:

– operativ vә tәminat növü üzrә daxilolan mәlumatların toplanması, emalı, ümumilәşdirilmәsi vә analizi, onun paylanması, tәyinatı üzrә ünvanlara göndәrilmәsi;
– yuxarı qәrargahlardan, qarşılıqlı fәaliyyәtdә olan vә qonşu qәrargahlardan daxil olan informasiyaların analizi vә emalı;
– tabelikdә, qarşılıqlı fәaliyyәtdә olan qәrargah vә qonşuları qoşunların fәaliyyәti haqqında vaxtında mәlumatlandırmaq;
– informasiya-hesablama mәrkәzinә vәziyyәt haqqında yeni mәlumatların daxil edilmәsi vә dәqiqlәşdirilmәsi;
– yuxarı qәrargaha müddәtsiz döyüş mәlumatlarının, operativ mәlumat vә hesabatların işlәnilmәsi vә tәqdim edilmәsi, onun şifahi mәlumatlarının texniki vasitәlәr vә avtomatlaşdırılmış sistem üzrә hәyata keçirilmәsi;
– operativ-strateji birliyin idarәetmә mәntәqәlәri (İM) arasında, qәrargah daxilindә vә şöbәlәr- arası, İM-dә yerlәşәn qoşun növü vә xüsusi qoşunlarının qәrargahları arasında informasiyaların tәşkili vә yaradılması;
– iş xәritәlәrinin, alınan vә göndәrilәn informasiyaların, yuxarı rәislәrin göstәrişlәri vә sәrәncamlarının qeydiyyatı jurnalının aparılması;
– tәcili mәlumatlar tabelinin yerinә yetirilmәsinә nәzarәt.


İnformasiya mәrkәzi birlik qәrargahının әmәliyyat vә kәşfiyyat idarәsi, hәmçinin qoşun növü vә xüsusi qoşunların qәrargahlarından seçilmiş zabitlәrindәn ibarәt olur. İnformasiya mәrkәzinә informasiya şöbәsinin rәisi vә ya onun müavini başçılıq edir. İnformasiya mәrkәzindә işlәr sutkaboyu növbәtçi növbәlәrlә, hәyata keçirilir. İdarәetmә orqanlarının vә qoşunların operativ hazırlıq tәcrübәsinә uyğun, bir qayda olaraq, informasiya mәrkәzindә iki növbәtçi növbәsi yaradılır.

Növbәtçi növbәlәrә daxildir:

– növbә rәisi – şöbә rәisi vә ya onun müavini;
– Әmәliyyat İdarәsindәn 2-3 zabit;
– Kәşfiyyat İdarәsindәn 1-2 zabit;
– informasiya mәrkәzinin rabitә vasitәlәrinin, avtomatlaşdırılmış sistemlәrin vә elektron- hesablama texnikasının işini tәmin etmәk üçün lazımi sayda texniki heyәt (3-4 nәfәr).


İnformasiya mәrkәzindә qoşun növü vә xüsusi qoşunların qәrargahlarından (idarә, şöbә vә xidmәtlәrdәn) zabit-informatorlar (istiqamәtçilәr) daima vә ya müәyyәn müddәtdә işlәyә bilәrlәr. İnformasiya mәrkәzindә sәlahiyyәtli şәxslәr olmadıqda o istiqamәtdә mәlumatlar bilavasitә qoşun növü vә xüsusi qoşunların idarәetmә mәntәqәlәrindәn verilәcәk.

İnformasiya mәrkәzindә növbәtçi növbәlәrinin işi üçün onlara verilәn tapşırıqlardan vә orada işlәyәn heyәtdәn asılı olaraq, iş yerlәri açılır vә tәchiz olunur. İnformasiya mәrkәzinin sәlahiyyәtli şәxslәrinin iş yerlәrindә lazımi rabitә, avtomatlaşdırma vasitәlәri, elektron-hesablama texnikası vә digәr texnika quraşdırılır. Rabitә vasitәlәrindәn telefon vә teleqraf aparatları, radioqәbuledicilәr, elәcә dә sәsgüclәndirici rabitә vasitәlәrindәn istifadә edilә bilәr.

Rusiya Ordusunda informasiya mәrkәzindә tәtbiq edilәn avtomatlaşdırılmış idarәetmә sistemi vasitәlәri, yuxarı qәrargahdan vә tabelikdәki birlәşmәlәrdәn formalaşdırılmamış ismarıcların qәbulu vә göndәrilmәsi üçün iş yerinin açılmasına imkan verir. O, mәlumatları displey ekranında әks etdirәrәk, mәtn şәklindә qәbuletmә imkanı verir. Bundan başqa, avtomatlaşdırılmış idarәetmә vasitәlәri yuxarı vә tabelikdә olan qәrargahlar, hәmçinin birliyin idarәetmә mәntәqәlәri arasında rәngli qrafik vә ağ-qara informasiyaların mübadilәsinә şәrait yaradır. İnformasiya mәrkәzindә iş qәrargah rәisinin vә әmәliyyat şöbә rәisinin göstәrişi vә nәzarәti altında tәşkil olunur.

Çin Ordusunda kәşfiyyat informasiya işinin tәşkili

Son illәrdә Çin nәyinki, Amerikanın informasiya müharibәsi qaydalarını dәrk etdi, hәm dә onun informasiya doktrinasını öz ordu hissәlәrinin tәşkilati vә texniki xüsusiyyәtlәrinә uyğunlaşdıra bildi.

Çinin C4ISR (Command, Control, Communications, Computers, Intelligence, Surveillance and Reconnaissance, “Komandanlıq, nәzarәt, kommunikasiya, kompüter sistemlәri, kәşfiyyat, müşahidә vә vizual kәşfiyyat”) sistemlәri yerüstü bölmәlәrini, Çinin Milli Azadetmә Ordusunun (ÇMAO) Hәrbi Dәniz Qüvvәlәrini (HDQ), raket vә nüvә silahlarını, hәmçinin kosmik qoşunlarını әhatә edir. Çin hәrbi doktrinası, informasiya texnologiyaları birlәşmәsinә vә döyüş bölmәlәrinin qarşılıqlı şәbәkә fәaliyyәtinә әsaslanır.

Son vaxtlar, ÇMAO-u elektron kәşfiyyat vә radioelektron müharibә (REM) vasitәlәrinin istifadәsinә dair hәrbi doktrinası genişlәndirilmiş vә әlavә olaraq şәbәkә hәmlәlәri üçün kiber silahı, peyklәrin tutulması vә mәhv edilmәsi vasitәlәri, habelә informasiya tәcavüzünü istifadә edәrәk hәmlәlәri (mәlumat qarşıdurma әmәliyyatları) daxil edilmişdi.

Bununla yanaşı, Çinin informasiya doktrinasına aşağıdakılar daxildir:

– psixoloji silahlar;
– ictimai rәyi idarәetmә vasitә vә üsulları;
– “hüquqi” müharibә üsulları, beynәlxalq alәmdә Çinin siyasi mövqeyini güclәndirmәk üçün qanuni arqument vә vasitәlәrin (yeni hava hücumundan müdafiәetmә zonasının yaradılması kimi) manipulyasiya edilmәsi.


Yuxarıda göstәrilәn metodların hamısı birlikdә ÇMAO-nun tәsiredici informasiya doktrinasını yaradır.

Mәlumat әsrinin başlaması ilә әvvәllәr kәşfiyyat mәlumatlarının toplanması vә tәhlili sistemlәrdәn mәsul olan hәrbi mütәxәssislәr mәlumat üstünlüyünә nailolma üsullarını, düşmәnin geniş diapazonda mәlumat tәhdidlәrinin preventiv imkanlarını, düşmәnin mәlumat sistemlәrinә tәhdid vә hәmlәlәrә qarşıdurma haqqında düşünmәyә başladılar. ÇMAO bütün mövcud mәlumat sistem vә şәbәkәlәrini özündә birlәşdirәn bir sistem yaratmaq üzәrindә işlәyir. Çindә belә bir “super şәbәkә”-nin işlәnilmәsinә 1990-cı illәrdә başlanmışdı vә bu sistemin bәzi elementlәrini 1997-ci ildә Pekindәki Hәrbi Tarix Muzeyindәki sәrgidә – xüsusәn dә C4ISR avtomatlaşdırılmış sisteminin modullarını milli sәviyyәdә görmәk olardı. Belә bir sistem, әmәliyyat fәaliyyәti teatrının (ӘFT) bütün mәlumat şәbәkәlәrini vә döyüş sistemlәrini, Baş Qәrargah vә digәr (regional) qәrargahlarla, elәcә dә tabeliyindәki bölmәlәrlә әlaqәni idarә etmәk vә nәzarәt üçün hazırlanıb.

Baş Qәrargahın planına әsasәn, informasiyanın modernlәşdirilmәsi nәticәsindә, ÇMAO aşağıdakı növ döyüş tapşırıqlarını yerinә yetirmә imkanına malik olmalıdır:

– düşmәnin mobil susdurulması,
– uzaqmәsafәli zәrbәlәrin endirilmәsi,
– yüksәkdәqiqlikli zәrbәlәr vә s. “üçölçülü” müdafiә (quruda, dәnizdә vә havada).


Çin mütәxәssislәrinin fikrincә, bütün ÇMAO-nun informasiyalaşma sәylәri, kosmik әsaslı mәlumat şәbәkәlәrinә әsaslanmalı, hava vә dәniz platformaları tәrәfindәn dәstәklәnәn yerüstü komplekslәr ÇMAO-nun әsas informasiyalaşma alәti olaraq, bunlar hamısı regional informasiya xidmәt (servis) sistemlәrinә birlәşdirilmәlidir. Eyni zamanda, ÇMAO mәlumat ötürmә kanallarının genişliyinә dә xüsusi diqqәt yetirir.

Bu planların hәyata keçirilmәsinin mürәkkәbliyi, ÇMAO-nun modernlәşdirilmәsinin hәr mәrhәlәsindә kiber müharibәnin aparılması doktrinası, Çin Ordusunun hazırkı texniki vә intellektual tәchizat sәviyyәsinә uyğun olmalıdır. ÇMAO, eyni zamanda әhәmiyyәtli kadr çatışmazlığını yaşayır – ordu şәxsi heyәti arasında müasir informasiya sistemlәrindәn istifadә edә bilәnlәr azdır. Çin hәrbi rәhbәrlәri bu problemi yaxşı bilir vә mәtbuatda yayımlanan proqram xarakterli açıqlamalarla mәhdudlaşmırlar Silahlı Qüvvәlәrin müxtәlif qoşun növü arasında koordinasiya edilmiş mürәkkәb әmәliyyatlara rәhbәrlik etmәyi, bu cür döyüş tapşırıqları üçün әmәliyyat planlamasını hәyata keçirmәyi, mürәkkәb informasiya sistemlәrini idarә etmәyi, kiber texnologiyalardan istifadәni, müasir silah sistemlәrinin tәtbiqini vә xidmәt göstәrmәyi bacaran mütәxәssislәr yetişdirmәk (hazırlamaq) üçün ciddi sәy göstәrirlәr. ÇMAO planlarına görә, 2020-ci ildә bu cür ixtisaslı kadrların hazırlanması üçün lazımi zәminin yaradılması hәdәflәnir.

ÇMAO-nun silahlarının vә ayrı-ayrı bölmәlәrinin qarşılıqlı әlaqәsinin real dәrәcәsi, qoşun vә hәrbi hissәlәrin növünә görә fәrqlәnir. Әsas qoşun növlәrindә (piyada, zirehli-tank qoşunları, artilleriya), alay sәviyyәdәn aşağı, yalnız az sayda bölmәlәr şәbәkәyә birlәşdirilib. ÇMAO-nun Hәrbi Dәniz Qüvvәlәrindә әksәr yerüstü döyüş gәmilәri vә sualtı qayıqları birgә mәlumat mübadilәsi vasitәlәrinә malikdir ki, bu da şәbәkәdә qarşılıqlı fәaliyyәtin bütün potensialını reallaşdırmağa imkan verir. ÇMAO- nun Hәrbi Hava Qüvvәlәri vә İkinci Artilleriya Korpusunun (Çin Xalq Respublikasının (ÇXR) strateji raket qüvvәlәri) raket taborlarındakı vәziyyәt donanmada olduğu kimidir.

Müqayisә üçün: ABŞ Ordusunda, C4ISR sistemlәri, çox vә ya az әhәmiyyәtli döyüş kompleks vә bölmәlәrini әhatә edir, әksәr hallarda ayrı-ayrı taqımlara vә döyüş maşınlarına qәdәr. ABŞ Hәrbi Hava Qüvvәlәri vә Hәrbi Dәniz Qüvvәlәrindә olan bütün tәyyarә vә gәmilәr dә vahid şәbәkәyә birlәşdirilib.

ÇMAO Baş Qәrargahının mәlumat şöbәsi beş әsas şәbәkә sisteminin yaradılmasını tәlәb edir:

– ӘFT sәviyyәsindә operativ komandanlığın birgә rabitә әlaqәsi vә multimedia mәlumatlarının ötürülmәsi üçün rabitәnin genişzolaqlı alt sistemlәri;
– operativ komandanlığın tapşırıqları üçün mәlumatların emalını tәmin edәn inteqrasiya edilmiş alt sistemlәri: mesajların işlәnmәsi, xәritәçәkmә, döyüş simulyasiyası vә mülki müdafiәnin maraqlarında, tәlimlәr vә hәrbi әmәliyyatlar zamanı, avtomatlaşdırılmış qәrar qәbuletmә;
– ӘFT üçün stasionar vә sәyyar (vә ya portativ) kәşfiyyat komplekslәri, hәmçinin toplanmış mәlumatların bölmәlәrә sürәtli ötürülmәsi sistemlәri. Bu sistemlәr dörd qoşun sәviyyәsini әhatә etmәlidir: hәrbi dairәlәri, qoşun qruplaşmalarını, diviziya, briqada vә alayları. Bu sistemlәr özünә, hava hücumundan müdafiә vasitәlәri vә raket komplekslәrini dә daxil etmәlidir;
– mәlumatların şәbәkәdә ötürülmәsi vә işlәnmәsi (emalı) imkanı olan REM-in elektron kәşfiyyat vasitәlәri vә kәşfiyyat mәlumat bazaları;
– siyasi әmәliyyatlar, logistika, avadanlığın nәzarәti, informasiya sistemlәrinin idarә edilmәsi vә inteqrasiya olunmuş kәşfiyyat mәlumatları emalı sistemlәrinin idarә olunması üçün ӘFT alt sistemlәri. Bununla birlikdә, ÇMAO Baş Qәrargahın mәlumat şöbәsi bu proqramı hәyata keçirmәkdә müәyyәn çәtinliklәrlә üzlәşir. Hazırda ÇMAO aşağısәviyyәli bölmәlәri ümumi mәlumat şәbәkәsinә inteqrasiya edә bilmir. ÇMAO Quru Qoşunları üçün 2004-cü ilin mәlumatlarına әsasәn, alay sәviyyәli hissәlәr ümumi mәlumat mübadilәsi şәbәkәsinә daxil edilib. 2013-cü ildә tәsdiqlәnmәmiş mәlumatlara görә, mәlumat şәbәkәsi artıq tabor sәviyyәsinә kimi yayılmışdı.


INEW (Integrated Network Electronic Warfare, “İnteqrasiya edilmiş şәbәkә elektron silahı”)
ÇMAO-nun mәqsәdi, mәlumat hәmlәlәri, düşmәnin C4ISR sistemlәrinә hәmlәlәri vә yüksәk dәqiqlikliyә malik silahları vahid döyüş kompleksinә birlәşdirmәkdir. Bu sistem INEW (Integrated Network Electronic Warfare, “İnteqrasiya edilmiş şәbәkә elektron silahı”) adlanır. INEW-in әsas mәnası informasiya vә kәşfiyyat sistemlәrini yüksәk dәqiqlikliyә malik silah sistemlәri ilә, o cümlәdәn hәdәflәrә, vizual aşkarlanma sәrhәdlәrindәn kәnarda zәrbә endirmәk imkanı vermәklә birlәşdirmәkdir.

INEW soyuq müharibә zamanı Sovet hәrbi doktrinası çәrçivәsindә elektron döyüş konsepsiyasına әsaslanır. Eyni zamanda, Çin bu konsepsiyaya, ABŞ-ın İraq vә Balkan münaqişәlәrindә hәrbi tәcrübәsinә әsaslanaraq әlavәlәr etdi vә bu doktrinanın tәtbiq dairәsini – taktiki sәviyyәdәn vә ӘFT sәviyyәsindәn strateji miqyasa qәdәr artırdı. Bundan әlavә, düşmәn peyklәrinә vә kiber hәmlәlәr INEW- ә әlavә edildi. Çin analitiklәri hesab edirlәr ki, gәlәcәk müharibәlәr düşmәnin informasiya infrastrukturunun mәhv edilmәsi vә nәzarәtdә saxlanılması, әsas hәdәflәrinin müәyyәnlәşdirmәsi vә onlara qarşı müxtәlif qoşun növlәrinin şәbәkә fәaliyyәtlәri ilә yüksәkeffektli koordinasiya olunmuş hәmlәlәr tәşkil etmәkdir. Bu mәqsәdlәrә nail olmaq üçün ÇMAO, ilk növbәdә düşmәnin qәrar qәbuletmә prosesini iflic etmәyi, eyni zamanda, onun ümumi döyüş potensialını azaltmaq üçün siyasi, iqtisadi vә hәrbi tәzyiqlәr hәyata keçirmәyi planlaşdırır. Bu o demәkdir ki, İNEW çәrçivәsindәki әmәliyyatlar tәkcә ӘFT deyil, hәm dә düşmәnin bütün әrazilәrinә, o cümlәdәn mülki infrastruktur vә iqtisadiyyatına toxunacaq.

Belәliklә, INEW-in birinci vә әsas mәqsәdi düşmәnin C4ISR sistemlәrini sıradan çıxarmaq, ikinci mәqsәdi düşmәnin canlı qüvvә vә texnikasının itkilәrini artırmaq, üçüncü mәqsәdi isә cәbhәdә düşmәnin hәrbi hissәlәrinin tәchizat ehtiyatlarının artırılması prosesini dayandırmaq vә şәxsi heyәtin dәyişdirilmәsinә mane olmaq üçün onun әrazisindәki maddi-texniki tәminat sxemlәrinin pozmaqdır.

Nәticә

Belәliklә, müasir dövrdә inkişaf etmiş dövlәtlәrin, xüsusәn dә, amerikalıların silahlanmasında sadalanan mәsәlәlәri effektiv şәkildә hәll edәn bir çox sistem vә komplekslәr mövcuddur. Lakin onlarda hәddәn artıq müxtәlif tәchizatlar, hәddәn artıq gәlәn mәlumatlar, qarşılıqlı fәaliyyәtin vә operativ- texniki birlәşmәnin tәşkilinin mürәkkәbliyi, çox vaxt isә mümkünsüzlüyü, kәşfiyyatın son nәticәsinin paylanması mexanizminin mükәmmәl olmaması vә digәr nöqsanlar nәzәrә alınmalıdır.

Müasir texnologiyanın inkişaf analizi göstәrir ki, kәşfiyyat informasiyalarının mövcud toplama vә emalı vasitәlәrindәn köklü imtina etmәdәn vә onları yenilәrlә әvәzlәmәdәn yaranmış vәziyyәtdәn çıxmaq olar. Onların hәr birinin әn yaxşı imkanlarını önә çıxarmaq, güclәndirmәk, yenilәmәk, nöqsanları aradan qaldırmaq, hәmçinin cihazların tam operativ-texniki birlәşmәsini vә proqram tәminatını tәmin etmәk kifayәtdir.

İnkişaf etmiş ölkәlәrin ordularının tәcrübәsinә әsaslanaraq kәşfiyyat informasiya işinin tәkmillәşdirilmәsi vә effektivliyinin artırılması Azәrbaycan Ordusunda qoşunların әmәliyyat-taktiki sәviyyәdәki komandirlәrinә emal edilmiş kәşfiyyat informasiyalarını vaxtında әldә etmәyә imkan verir. Hәmçinin, qәrar qәbul edilmәsi üçün sәrf edilәn zamanın azalmasını vә hәrbi әmәliyyatlar sahәsindә döyüş fәaliyyәtinin aparılması effektivliyinin yüksәldilmәsini tәmin edir.

İstifadә edilmiş әdәbiyyat siyahısı

1. Дундуков, М.Ю. Разведка в государственном механизме США / М.Ю.Дундуков. – Москва: Издательство «Кучково поле», – 2008. – 448 с.
2. Дундуков, М.Ю. Правовые стандарты защиты информации в сфере национальной безопасности США // Национальная безопасность. – 2014. № 5. – с. 688-700.
3. Старкин, С. Основные принципы и направления развития современного разведывательного анализа США // Теоретический и научно-практический журнал Вестник ЧитГУ, – 2011. № 2 (69), – с. 81-86.
4. Зенин, А. Разведка в сухопутных войсках США на основе анализа открытых источников информации // – Москва: Зарубежное военное обозрение, – 2009. №5, – с. 32-38.
5. Гаврилов, А. Автоматизированная система сбора, обработки и распределения разведывательной информации СВ США // – Москва: Зарубежное военное обозрение, – 2010. №7,
– с. 32-40.
6. Прохоров, Д.П. Спецслужбы Израиля / Д.П.Прохоров. – Санкт-Петербург: Издательский дом «Нева», – 2002. – 384 с.
7. Серебряный, А.А. Общая характеристика военной разведки Государства Израиль: [Электронный ресурс] / Институт Ближнего Востока. – 13.10.2004. URL: http://www.iimes.ru/?p=3324
8. Колесов, П., Стрелецкий, А. Разведывательные службы ВС Франции (2007) // Зарубежное военное обозрение. – 2007, №3, – с.12-19.
9. Заякин, Б.Н. Краткая история военной разведки России. История, Биографии и мемуары
/ Б.Н.Заякин. – Москва: Издательство «Вече», – 2002. – 29 с.
10. Левкин, И.М. Добывание и обработка информации в деловой разведки / И.М.Левкин, С.Ю.Микадзе. – СПб: Университет ИТМО, – 2015. – 460 с.
11. Социальное взаимодействие: [Электронный ресурс]. – Апрель, 2015. URL: http://technowars.ru/7
12. Ибрагимова, Г. Стратегия КНР в киберпространстве: вопросы управления интернетом и обеспечения информационной безопасности // Журнал «Индекс безопасности», – 2013. №104,
– с.169-184.

Vüqar Mәmmәdov, Azad Bayramov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəşfiyyat   İnformasiya  


Bizi "telegram"da izləyin