Rusiya və Çindən birgə bəyanat| “Yeni münasibətlər növü” ətrafında Qərbə ultimatum?

2022/02/EDOPA-1644058504.jpg
Oxunub: 16160     16:41     05 Fevral 2022    
Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin fevralın 4-də Pekində iki ölkənin strateji tərəfdaşlığı və beynəlxalq vəziyyətlə bağlı danışıqlardan sonra birgə bəyanat yayıblar. Bu, çox əhatəli bəyanatdır, onun üzərində iş, şübhəsiz ki, çox əvvəllər görülüb, iki prezident arasında danışıqlar zamanı mətnin dərci sadəcə razılaşdırılıb.

Beynəlxalq münasibətlərin demək olar ki, bütün spektrini əhatə edən bu bəyanata yeni dünya nizamı ilə bağlı kompleks müzakirələrin mərkəzi olan Ukrayna ətrafındakı vəziyyət kontekstində baxmaq lazımdır. Rusiya və Çin bu konteksdə “yeni münasibətlər növü” elan edirlər, lakin onlar yeni tipli strateji münasibətləri nəyin xüsusi etdiyini demirlər.

Moskva və Pekin Qərbi “dəhşətə salmaq” qərarına gəlib? Rusiya-Çin birgə bəyanatı Qərbə ultimatumdurmu?

Və ya əksinə, Çinin ABŞ-Rusiya danışıqları ilə bağlı şübhəsi kontekstində Pekinin Moskvaya ultimatum verməsi açıq-aşkar görünür.

Görünür, Pekin Rusiya ilə gələcək iş və ya dialoq üçün belə bir tutumlu bəyanata qoşulmağı “tələb edib” və Putin bunu rədd etməyi məqsədəuyğun hesab etməyib. Şübhəsiz ki, Rusiya bir tərəfdən Qərblə danışıqlar apararaq, digər tərəfdən Amerika-Çin rəqabəti üzərində oynamağa çalışır.

Birgə bəyanatda Çin Rusiyanın Avro-Atlantik təhlükəsizlik təkliflərini anladığını və dəstəklədiyini, Rusiya isə Tayvanın Çindən ayrıla bilməyəcəyini bildirib. Bildirilir ki, Rusiya-Çin münasibətlərinin inkişafında “qadağan olunmuş zonalar” yoxdur. Bu, İkinci Dünya Müharibəsindən sonrakı dünya nizamını qorumaq əzmindən olduğu kimi, demokratiyanın məcbur edilməsinin də yolverilməzliyindən bəhs edir. Vaşinqtonun bu bəyanata reaksiya necə olacaq? Xüsusilə, burada Çinə səfərindən əvvəl Rusiya prezidenti Putinin son günlər ərzində üçüncü dəfə Fransa prezidenti Makronla danışması, sonuncunun da öz növbəsində Putinlə telefon danışığından əvvəl ABŞ prezidenti Baydenlə danışması vacibdir. Yəni Rusiya-Çin bəyanatının mətni nə qədər təsirli səslənsə də, vəziyyət heç də monoton deyil. Axı bu mətn, məsələn, Rusiya prezidenti Putin üçün iki əsas məsələdən biri olan Çinin Rusiya üçün demoqrafik təhlükəsi məsələsini əhatə edə bilməz. Beləliklə, praktikada hazırda hər şey böyük təlatümlərə məruz qalır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin  


Bizi "telegram"da izləyin