Zelenski və Makron arasında telefon danışığı olub

2022/01/15621-1643433547.jpg
Oxunub: 685     10:27     29 Yanvar 2022    
Ukrayna Prezidenti Volodimir Zelenski və onun fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı tviterdə məlumat verib.

“Ukraynanın dostu və etibarlı tərəfdaşı Emmanuel Makron ilə danışığım baş tutub. Biz “Normand formatı”nın bərpa olunmasına şadıq. Bu, sülh naminə atılan addımlardan biridr. Hələlik dialoq üçün münbit şərait var, zamanı görüş və danışıqlarla doldurmaq lazımdır. Diplomatik səylər davam etdikcə gələcək gərginləşmə ehtimalı azalır”, - V.Zelenski qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Makron  


Bizi "telegram"da izləyin