Türkiyə XİN: Qırğızıstan-Tacikistan sərhədində atəşkəsi alqışlayırıq

2021/10/55666-1634550070.jpg
Oxunub: 636     10:19     29 Yanvar 2022    
Türkiyə Qırğızıstan və Tacikistan arasında iki ölkə sərhədində atəşkəs haqqında əldə olunan razılaşmanı alqışlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Ötən gecə (yanvarın 27-də) Tacikistan-Qırğızıstan sərhədində toqquşmaların dayandırılmasından məmnunuq. Atəşkəs tərəflərin nümayiş etdirdiyi sağlam düşüncə sayəsində əldə olunub.

Biz iki qardaş və dost ölkə arasındakı sərhəddə gərginliyin danışıqlar və sülh yolu ilə həllinin tərəfdarı olduğumuzu bir daha təsdiqləyirik", - deyə açıqlamada bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qırğızıstan  


Bizi "telegram"da izləyin