Zelenski: “Bizə panika lazım deyil”

2022/01/biden-1643393615.jpg
Oxunub: 773     21:26     28 Yanvar 2022    
Qərb liderləri və KİV belə bir yalançı təsəvvür yaradırlar ki, sanki sabah Ukraynada müharibə başlayacaq. Bu da iqtisadi sabitliyi pozur və sabitləşmə üçün əlavə 4-5 milyard dollar xərcləmək lazım gəlir.

Ordu.az-ım xəbərinə görə, bunu xarici jurnalistlərə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Hətta öz çəkisi olan dövlətlərin rəhbərləri belə qeyri-diplomatik yolla deyirlər ki bizdə müharibə başlayacaq. Britaniya, Fransa, Almaniya və Litvada KİV belə bir təəssürat yaradır ki, bizdə döyüşlər gedir, səfərbərlikdir. Lakin belə deyil. Bizə panika lazım deyil”, - deyə Zelenski qeyd edib.

Zelenski bildirib ki, Ukrayna ətrafında yaranan panikadan ölkə iqtisadiyyatı 12 milyard dollardan çox ziyan çəkib. Vəziyyətin destabilizasiyası ölkənin müstəqilliyinə təhlükə yaradır.

Ukrayna rəhbəri əlavə edib ki, Ukrayna və Rusiya arasındakı müharibə ehtimalından çox ehtiyatla danışmaq lazımdır. Genişmiqyaslı müharibə baş verəcəyi təqdirdə, bu Ukrayna sərhədləri çərçivəsindən çıxacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin