Rusiyada Njde haqqında filmin nümayişi dayandırılıb

2022/01/16433-1643393052.jpg
Oxunub: 879     21:28     28 Yanvar 2022    
Rusiyanın paytaxtı Moskvada erməni faşist Qaregin Njde haqqında çəkilən filmin nümayişi dayandırılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Regnum” agentliyi məlumat yayıb.

Bildirilib ki, filmin nümayiş edildiyi məkana polis gəlib və seans dayandırılıb.

Polis nümayəndələri 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və filmə tamaşa etməyə gələnləri dağıdıblar.

Xatırladaq ki, Rusiya veteranları Rusiya Erməniləri İttifaqının faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusunun gününü qeyd etmək təşəbbüsünə qarşı çıxıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya  


Bizi "telegram"da izləyin