Füzulidə traktor minaya düşüb

2020/05/vzriv-1589022045.jpg
Oxunub: 878     18:02     28 Yanvar 2022    
Füzuli rayonunda traktor minaya düşüb.

Bu barədə Ordu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, rayonun işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Füzuli   Mina  


Bizi "telegram"da izləyin