Almaniya və Rusiya XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə edib

2022/01/09eaa-1642500365.jpg
Oxunub: 593     16:58     28 Yanvar 2022    
Almaniyanın xarici işlər naziri Annalena Berbokla Rusiyanın xarici işlər naziri Sergey Lavorov arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, nazirlər Ukraynada vəziyy'tin tənzimlənməsi üzrə “Normand formatı”nın işini dəstəklədiklərini söyləyiblər.

Sergey Lavrov almaniyalı həmkarı il' Rusiyanın təhlükəsizlik təklifləri üzrə ABŞ və NATO-nun cavabı ilə bağlı fikir mübadiləsi edib.

Xatırladaq ki, ABŞ və NATO yanvarın 26-da Rusiyanın təkliflərinə yazılı cavab göndərib.

Qeyd edək ki, Annalena Berbok yanvarın 16-da Kiyevə 18-də isə Moskvada səfərdə olub. Onun gələn həftə Ukraynaya yenidən səfər edəcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rusiya  


Bizi "telegram"da izləyin