Qətər və Türkiyə Kabil aeroportunun idarə olunması ilə bağlı Talibanla razılığa gəlib

2021/08/Kabul-1629044096.jpg
Oxunub: 604     16:05     28 Yanvar 2022    
Qətər və Türkiyə Kabil Beynəlxalq Hava Limanının idarə olunması ilə bağlı Talibanla razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat verilib.

Bildirilib ki, Qətər, Türkiyə və Əfqanıstanın müvəqqəti hökumətinin nümayəndə heyətləri yanvarın 27-də Dohada Kabil Beynəlxalq Hava Limanının idarə edilməsi və istismarı ilə bağlı üçtərəfli görüş keçirib. Onlar hava limanının idarə edilməsi və istismarı ilə bağlı bir neçə əsas məsələ üzrə razılığa gəliblər.

Görüş ötən həftə Əfqanıstanın paytaxtı Kabildə tərəflər arasında baş tutan əvvəlki danışıqların davamı kimi keçirilib. Bu danışıqların yekun mərhələsi gələn həftə baş tutacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Türkiyə  


Bizi "telegram"da izləyin