Rusiya Ermənistan-Türkiyə təmaslarını niyə alqışlayır?

2022/01/55556-1641449427.jpg
Oxunub: 755     21:19     28 Yanvar 2022    
Ermənistan Baş naziri Nikol Paşinyanın bütün hərəkətlərini düzgün qiymətləndirmək üçün onları hakimiyyət kürsüsünü saxlamaq nöqteyi-nəzərindən qiymətləndirmək lazımdır.

Onun üçün bir problem var - kreslonun qorunması. Paşinyana görə hakimiyyət öz dərisini xilas etmək və varlanmaq üçün bir yoldur. Onun üçün hakimiyyət ölüm-dirim məsələsidir, çünki o, nə etdiyini çox gözəl bilir və bütün bunların siyasi nəticələrinin olacağını çox gözəl anlayır.

Paşinyan Türkiyə vektorunu seçdiyinə də heç bir şübhə yeri qoymur. Lakin daxilidə Paşinyanın dəstəyi azalır.

Ermənistanın Kremllə normal görünən münasibətlərinə gəldikdə qarşılıqlı inamsızlığın mövcud olduğunu deyə bilərik. Hələ ki, Putin Rusiyası Ukrayna ilə məşğuldur və cənub sərhədlərində gərginlik istəmir.

Rusiya Paşinyanın siyasəti və məğlubiyyəti nəticəsində Cənubi Qafqazda zəiflədi və Türkiyə bölgədə gücləndi. Rusiya müxtəlif vasitələrdən istifadə edərək Türkiyəni mümkün qədər cilovlamağa çalışır. Rusiya qərb istiqamətindəki problemlər həll olunana qədər cənuba diqqət yetirmir. Məhz buna görə də Rusiya Ermənistan-Türkiyə təmaslarını alqışlayır.

İrəvanda bəziləri düşünür ki, Nikol Ərdoğan üçün uyğun fiqurdur, çünki o, Türkiyə-Azərbaycanın bütün ilkin şərtlərini yerinə yetirir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin