Rusiya və Çin liderlərinin görüşünün gündəliyi açıqlanıb

2021/06/15609-1624623240.jpg
Oxunub: 666     14:38     28 Yanvar 2022    
Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının Sədri Si Cinpinin gələn həftə Pekində keçiriləcək görüşünün gündəliyi açıqlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, görüşdə Rusiya ilə ABŞ arasındakı dialoq, təhlükəsizlik təminatları və Avropada strateji sabitlik məsələlərinə xüsusi diqqət yetiriləcək.

"Düşünürəm ki, bu dəfə beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi çox vaxt aparacaq", - Rusiya XİN başçısı əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin  


Bizi "telegram"da izləyin