F-16-ların Bolqarıstana tədarükü təxirə salınır

2021/08/16299-1630045964.jpg
Oxunub: 754     17:15     28 Yanvar 2022    
Bolqarıstan Hərbi Hava Qüvvələri üçün səkkiz F-16 “Fighting Falcon” döyüş təyyarəsinin çatdırılması təxirə salınacaq.

Ordu.az xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Stefan Yanev parlamentin Müdafiə Komitəsində keçirilən dinləmələr zamanı məlumat verib.

O, təyyarələrin “Covid-19” pandemiyası səbəbindən “bir neçə ay” gecikəcəyini bildirib.

Yanev yeni istehsal olunan F-16-ların bütün müştərilərinə təsir edəcək gecikmələri barədə istehsalçıdan məlumat aldığını qeyd edib.

O, gecikmənin bir neçə ay davam edəcəyini bildirib. Məlumata görə, ABŞ nümayəndə heyəti təyyarələrlə bağlı məsələni müzakirə etmək üçün Sofiyaya gələcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan   F-16  


Bizi "telegram"da izləyin