Britaniya PUA-lar və “ağıllı” sursatlara qarşı yeni HHM sistemi təqdim edib

2022/01/18_02-1643366171.jpg
Oxunub: 895     16:53     28 Yanvar 2022    
Britaniya Ordusu “21-ci əsrin təhdidlərinə cavab verə bilən” yeni Hava Hücumundan Müdafiə (HHM) sistemini təqdim edib.

Ordu.az xəbər verir ki, “Sky Saber” adlanan sistemin raketləri 3700 km/saat sürətə çata bilir.

HHM sistemi qırıcı təyyarələri, PUA-ları və lazerlə idarə olunan “ağıllı” sursatları hədəfə ala bilir.

Sistemin “Giraffe Agile Multi Beam 3D” orta mənzilli müşahidə radarı 360 dərəcədən 120 kilometrə qədər məsafəni əhatə edə bilir.

Britaniya ordusunun polkovniki Kris Leyn bildirib ki, “Sky Saber” və onun xidmət personalı tələb olunarsa, Ukraynanın üzləşdiyi təhlükələrə cavab verməyə “hazır və qadirdir”.

“Bu, 21-ci əsrdən gələn təhlükələri qəbul etmək üçün nəzərdə tutulub və əgər bizdən başqa ərazilərə yerləşdirmə tələb olunarsa, biz bunu etməyə hazırıq”, - deyə o qeyd edib.

“Sky Saber” sistemi ilə bağlı əsas təkmilləşdirmələrdən biri onun silahlı qüvvələrin digər hissələri ilə birbaşa əlaqə qura bilməsidir.

Yeni sistem 50 ildir istifadə edilən “Rapier” raket sistemini əvəz edəcək. “Rapier” sistemi Küveytdən Folklendə qədər bir çox münaqişə bölgələrində istifadə edilib, 2012-ci il Olimpiadası zamanı dərhal cavab vermək üçün Londonun bir neçə parkında da yerləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   HHM  


Bizi "telegram"da izləyin