Rusiya yeni PUA zavodunu ictimaiyyətə təqdim edib

2022/01/rus-i-1643366126.jpg
Oxunub: 875     15:35     28 Yanvar 2022    
Rusiya Pilotsuz Uçuş Aparatları (PUA) istehsalı üçün nəzərdə tutulan yeni fabrikini ictimaiyyətə təqdim edib.

Ordu.az xəbər verir ki, müdafiə naziri Sergey Şoyqunun ziyarət etdiyi zavodda “Orinon-E” PUA-ları istehsal olunur.

Zavod Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığındakı Dubnada açılıb.

İlk uçuşunu 2016-cı ildə edən “Orion” sınaq və sertifikatlaşdırmadan sonra 2019-cu ildən etibarən Suriyada istifadə olunmağa başlayıb. Sistem rəsmi olaraq 2020-ci ildə Rusiya Ordusunun inventarına daxil olub.

Ruisya Müdafiə Nazirliyi 24 avqust 2021-ci ildə istehsalçı “Kronştadt” ilə müqavilə bağlayıb və 5 sistemdən ibarət “Orion” sifariş verib. Çatdırılmaların 2023-cü ildə başlanması gözlənilir.

Ümumilikdə 200 kiloqram yük daşıya bilən PUA havada 200 km sürətlə uça bilir. Onun uçuş məsafəsi 250 kilometrdir. Ümumi qalxma çəkisi 1000 kiloqram olan “Orinon-E” 24 saat uçuş müddətinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA  


Bizi "telegram"da izləyin