Ordu.az “Defence News”a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat katibi məlumat yayıb.
Təyyarənin 3-ü Qətərdə keçirilən hərbi paradda görünəndən sonra şirkətin sözçüsü onların uzun müddət əvvəl satın alındığını təsdiqləyib.
Leonardo keçən il adı açıqlanmayan müştəriyə təyyarə satmaq üçün müqavilə bağladığını elan edib.
Satınalma İtaliya və Qətər arasında 2020-ci ilin noyabrında başlanan daha geniş reaktiv təlim müqaviləsinin bir hissəsidir və Qətər pilotlarını “Leonardo “və İtaliya Hərbi Hava Qüvvələri tərəfindən idarə olunan məktəbdə təlim keçmək üçün İtaliyaya göndərib.
“Leonardo” bundan əvvəl Sinqapura 12, Polşaya 16 və İsrailə 30 təyyarə satıb. Qətərlə bağlanan müqaviləyə əsasən satılan təyyarələrin sayı 82-yə çatır. Yunanıstan da İsraillə öz uçuş məktəbinin yaradılması ilə bağlı müqavilə çərçivəsində 10 təyyarə almağa hazırlaşır.
Sevinc Əliyeva
Ordu.az