“Paşinyan Boltonun təklif etdiyi “stereotip”lərdən ardıcıl şəkildə imtina edir” - Tevanyan

2020/05/fdf-1589628129.jpg
Oxunub: 692     15:46     28 Yanvar 2022    
““Tarixi stereotip”lərə qarşı “yalan və ölüm” inqilabı. Tanınmış ifadəni dəyişdirərək 2018-ci ildə və ondan sonra baş verən hadisələrə aşağıdakı düsturu verə bilərik: “İnqilabı pis hökmdarlar özləri öz başlarına hazırlayırlar, kənar qüvvələr planlaşdırırlar, daxili “abijnik”-vətənsizlər həyata keçirirlər, gədələr istifadə edirlər, nəticələri dövlət və xalq ödəyir”“.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Abdranik Tevanyan yazıb.

“Bolton Ermənistandakı “məxməri” hakimiyyəti “tarixi stereotip”lərdən əl çəkməyə, yəni Qarabağı Azərbaycana verməyə, “erməni soyqırı”mını (qondarma - red.) unutmağa, anti-Rusiya və anti-İran koalisiyasına qoşulmağa, rus vektorunu Qərb vektoru, daha dəqiq desək, türk vektoru ilə əvəz etməyə çağırdı. Paşinyan bu “stereotip”lərdən ardıcıl şəkildə imtina edir. Guya ilkin şərtlərsiz başlayan Ermənistan-Türkiyə-Azərbaycan prosesi bu imtina proqramı çərçivəsindədir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Bolton  


Bizi "telegram"da izləyin