Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Qazinyan yazıb.
Qazinyan bildirib ki, Ermənistan konstitusiyasının 14.1-ci maddəsinə əsasən, ölkənin Silahlı Qüvvələri müdafiəni, təhlükəsizliyi, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin edir.
“Və bu biabırçı vəziyyətdə biz sabah Ermənistan ordusunun yaranmasının 30 illiyini qeyd edəcəyik. Necə deyərlər: məhv etmək, sona qədər məhv etmək”, - deyə erməni deputat qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az