Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Müəllif qeyd edib ki, siyasi qüvvələr partiya maraqlarını bir kənara qoyaraq öz liderlərini təkliflər edirlər.
“Axı Ermənistan prezidenti ən azı 7 il siyasi fəaliyyət göstərmək imkanından məhrum olacaq. Yəni, “İşıqlı Ermənistan” və ya “Respublikaçılar” partiyası liderlərdən məhrum olmaq təhlükəsini gözə alaraq Edmon Marukyan və ya Aram Sarkisyanın adlarını dövriyyəyə qoyur. Cəmiyyətin təbii ki, öz namizədləri var. Müxalifətdən istefada olan ombudsman Arman Tatoyan, Vazgen Manukyan, Serj Sarkisyan, Robert Köçəryan və başqalarının adları səslənir”, - deyə nəşr bildirib.
Nəşr yazıb ki, bu sadəlövh müzakirə isə tamamilə mənasızdır, çünki Nikol Paşinyan artıq mətbuat konfransında “siyasi harmoniya” məsələsini həll etməyə çalışacaqlarını bəyan edib: “Əlbətə, bizə elə gəlirdi ki, dövlətçiliyi itirmək təhlükəsi onların səriştəsiz idarəçiliyindən və müharibədə məğlubiyyətindən irəli gəlir. Lakin onlar fərqli baxış bucağına malikdirlər və monolit hakimiyyətə sahib olmaq istəyirlər ki, “heç bir balıq, heç bir siçan olmasın”, heç kim şübhələrə düşməsin və onun istefasını tələb etməsin. Beləliklə, növbəti ləyaqətsiz şəxs bu yüksək vəzifəni alacaq və bunun üçün ölənədək Nikol Paşinyana minnətdar olacaq”.
Alpər Mövludoğlu
Ordu.az