“Hraparak”: Ermənistan ordusu sərhəddə hərbi texnikadan məhrum olan bir kütləyə çevrilib

2018/12/15041-1545914415.jpg
Oxunub: 1050     17:01     28 Yanvar 2022    
““Öz ordusunu yedizdirmək istəməyən xalq xarici ordunu yedizdirməyə məcbur olacaq”. Fransa imperatoru Napoleon Bonaparta (1769-1821) aid edilən bu deyim əsrlər boyu xarici orduları yedizdirən xalqımıza xüsusilə yaxşı məlumdur”.

Ordu.az xəbər verir ki, bu sözlər Ermənistanın “Hraparak” nəşrində dərc olunan məqalədə bildirilib.

Məqalə müəllifi sözlərinə davam edərək yazır: “Son 100 ildə vəziyyət kökündən dəyişib və bizə elə gəlir ki, artıq bu lənətdən qurtulmuşuq. Lakin milli kollektiv axmaqlığımız və məsuliyyətsiz davranışımız (Nikolu hakimiyyətə gətirmək) ucbatından həmin mühakimənin başqa variantının məntiqinə düşürük. Bu, “Öz sərhədlərini müdafiə etməyən ordu tərksilah olunmağa və dağıdılmağa layiqdir” kimi səslənə bilər. Əlbəttə, dəhşətlidir, amma bu gün məhz bu baxış qarşısında dayanmışıq. Bir vaxtlar ordu əsgərləri üçün alt paltarı və çiyələyi təmin edən, Ermənistanın Baş naziri vəzifəsini tutan şəxs bu gün ordunu demək olar görməzdən gəlir”.

Məqalədə bildirilib ki, Ermənistan ordusu sərhəd mövqelərində xidmət şəraitindən və digər zəruri hərbi texnikadan məhrum olan bir kütləyə çevrilib.

“Məhz belə bir şəraitdə Ermənistanın hərbi-siyasi rəhbərliyi erməni ordusunun yaradılmasının 30 illiyini qeyd edir”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Kütlə  


Bizi "telegram"da izləyin