Şarmazanovdan Paşinyana: “Qarabağın Azərbaycan olmasını türkdən yaxşı əsaslandırmağa çalışır”

2022/01/asdf7-1643364473.jpg
Oxunub: 755     15:10     28 Yanvar 2022    
“Vaxtilə Qarabağı Ermənistanın bir hissəsi elan edən bir şəxs Qarabağın Azərbaycan olmasını türkdən yaxşı əsaslandırmağa çalışır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının ali orqanının üzvü Eduard Şarmazanov bildirib.

Onun sözlərinə görə, Paşinyan bu tezisini inandırıcı hala gətirmək üçün hətta rəsmi Bakının son 30 ildə səsləndirmədiyi arqumentlərdən belə istifadə edir.

“MDB-yə üzv dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması nə deməkdir? Səbəb nədir? Qarabağdan mümkün qədər tez “əllərinizi çəkmisiniz””, - deyə Şarmazanov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şarmazanov   Paşinyan  


Bizi "telegram"da izləyin