Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri yazıb.
Nəşrin sualına cavab olaraq Onik Qasparyanın vəkili Martik Martirosyan məlumatı təkzib etməsə də, rəsmi olaraq təsdiqləməkdən yayınıb.
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi də məlumatı təkzib etməyib, lakin hər hansı bir şərh verməkdən imtina edib.
Xatırladaq ki, 44 günlük müharibə başa çatdıqdan sonra noyabrın 19-da keçirilən mətbuat konfransında Movses Hakopyan sensasion açıqlamalar vermişdi. O qeyd etmişdi ki, müharibənin üçüncü günündə Ermənistan baş naziri ordunun komplektləşdirilməsini dayandırıb və könüllülərin cəbhə bölgəsinə göndərilməsi barədə göstəriş verib.
Hakobyan bildirmişdi ki, səs yazıları olduğu üçün heç kim onun sözlərini təkzib edə bilməz.
Alpər Mövludoğlu
Ordu.az