Zakir Həsənov ordu rəhbərliyinə yeni tapşırıqlar verib

2021/08/hasan-1630300322.jpg
Oxunub: 923     13:53     28 Yanvar 2022    
"Hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının daha da artırılması 2022-ci ildə də prioritet məsələ olacaq".

Ordu.az xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov 2021-ci ilin yekunlarına dair nazirliyin kollegiya iclasında deyib.

Ötən il ərzində həyata keçirilən tədbirləri təhlil edən müdafiə naziri qoşun növlərinin fəaliyyətini qiymətləndirib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı, o cümlədən dövlət sərhədində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin daha da artırılması məqsədilə 2022-ci ildə icra olunacaq fəaliyyətlər və qarşıda duran vəzifələr ilə bağlı komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-Nazirliyi  


Bizi "telegram"da izləyin