Erməni politoloq: “Sanki “soyqırımı”ndan imtina etmək, gerbi dəyişmək məsələsində proses gedir”

2021/08/Danie-1629536245.jpg
Oxunub: 1615     10:54     29 Yanvar 2022    
“Müharibələr iki yolla - qeyd-şərtsiz kapitulyasiya və qeyd-şərtlərlə başa çatır: Ermənistan İsrailin silahla, İngiltərənin isə diplomatiya ilə dəstəklədiyi Azərbaycan-Türkiyə koalisiyasına, bəlkə də həmçinin başqa yollarla uduzdu”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Stepan Danielyan yazıb.

Onun sözlərinə görə, məğlubiyyət qalib gələn koalisiyanın tələblərini razılaşma ilə gücləndirməlidir.

“Bu, müharibə və sülhün qanunudur. Qalib gələn tərəflərin tələbləri nədir? Azərbaycana Naxçıvan və Türkiyə ilə əlaqə, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması lazımdır”, - deyə Danielyan qeyd edib.

Erməni politoloq vurğulayıb ki, (qondarma – red.) “soyqırımı”ndan imtina etmək, gerbi dəyişmək məsələsində qərar verən Ermənistandır və sanki proses gedir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Erməni-politoloq   Kapitulyasiya  


Bizi "telegram"da izləyin