ABŞ BMT Təhlükəsizlik Şurasının toplanmasını istəyib

2021/05/46464-1622098173.jpg
Oxunub: 691     10:37     28 Yanvar 2022    
ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar yanvarın 31-də BMT Təhükəsizlik Şurasının toplantısının keçirilməsi ilə bağlı müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın Ukraynaya münasibətini və Ukrayna-Belarus sərhədində hərbi qüvvə cəmləşdirməsi məsələsini müzakirə etmək niyyətindədir.

Linda Tomas-Qrinfild bildirib ki, bu fakt BMT Təhlükəsizlik Şurası tərəfindən tamamilə araşdırılmalı və nəzərdən keçirilməlidir: "Rusiyanın Ukraynaya təcavüz edəcəyi halda beynəlxalq öhdəlik və prinsiplər, eləcə də Ukrayna, Rusiya və Avropa ilə bağlı mənzərə müzakirə edilməlidir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT    


Bizi "telegram"da izləyin