Pakistanda terrorçuların hücumu nəticəsində 10 hərbi qulluqçu həlak olub

2021/09/Terro-1631766158.jpg
Oxunub: 652     10:17     28 Yanvar 2022    
Pakistanın Bəlucistan əyalətinin Keç bölgəsində hərbi şəhərciyə edilən hücumda 10 hərbi qulluqçu həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.

Ordu rəsmilərinin sözlərinə görə, hücum nəticəsində 1 silahlı öldürülüb, çoxlu sayda terrorçu yaralanıb.

Qeyd edilir ki, terrorçuların tutulması üçün əməliyyata başlanılıb və indiyədək 3 silahlı yaxalanıb. Hücumun hansı qruplaşma tərəfindən həyata keçirildiyi açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Terror  


Bizi "telegram"da izləyin