Ordu.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
“Prezident Bayden ABŞ-ın münaqişənin (Ukraynada) Normandiya formatında həlli səylərinə dəstəyini bildirərək, yanvarın 26-da təmislçilər tərəfindən 2020-ci il iyulun 26-da atəşkəs şərtlərinin yenidən təsdiqlənməsinin gərginliyin azaldılmasına və Minsk razılaşmalarının yerinə yetirilməsinin irəliləyişə kömək edəcəyinə ümidini ifadə edib”, - bəyanatda deyilir.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə telefonla diplomatik gərginliyin azaldılması səyləri və birgə tədbirlər, habelə Ukraynaya maliyyə dəstəyi imkanlarını müzakirə edib.
Ordu.az