Ermənistanın XİN başçısı və xüsusi nümayəndəsi Türkiyəyə səfər edəcək

2021/09/16164-1632213691.jpg
Oxunub: 789     15:51     27 Yanvar 2022    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Ruben Rubinyan Türkiyəyə səfər edəcəklər.

Ordu.az NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, yuxarıda adıçəkilən şəxslər Antalya Diplomatiya Forumuna qatılacaqlar.

“Hamının səsinin burada eşidilməsini istəyirik. Paşinyan Antalya Diplomatiya Forumuna qatıla biləcəklərini söylədi. Azərbaycan da gəlir. Hər kəs düşüncələrini söyləsin”, - XİN başçısı vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin