İranın Türkiyəyə qaz nəqlini dayandırmasının səbəbi Ermənistandır?

2022/01/16-20-1643279536.jpg
Oxunub: 930     15:11     27 Yanvar 2022    
Türkiyə mətbuatı son zamanlar İrandan Türkiyəyə təbii qazın nəqli ilə bağlı yaranan texniki problemlərə toxunub. Onlar artıq Türkiyə sənayesində ciddi çətinliklər yaradıblar.

“Sabah” qəzetinin müxbiri Dilek Güngörun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığından sonra İrandan Türkiyəyə qaz nəqli qismən bərpa edilib.

Güngör qeyd edib ki, bu telefon danışığından sonra enerji və təbii ehtiyatlar nazirinin müavini Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda danışıqlar aparıb. İranda Energetika Nazirliyi və İran Milli Qaz Şirkəti (NIGC) ilə görüş keçirilib.

Türkiyə mətbuatının yazdığına görə, İran qaz kəmərində qaz təchizatına maneə ola biləcək heç bir problem yoxdur, texniki nasazlığın İranın irəli sürdüyü versiya sadəcə bəhanədir.

Jurnalist Cem Küçükə görə isə İranın Türkiyəyə təbii qaz ixracını dayandırmasının əsas səbəbi Ermənistandır. Türkiyəli jurnalistin sözlərinə görə, Türkiyə uzun fasilədən sonra Ermənistana uçuşları bərpa edib və onların bu yaxınlaşması İranı ciddi narahat edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Türkiyə  


Bizi "telegram"da izləyin