“Regnum”: Sarkisyan Paşinyanla müharibədəki məğlubiyyətə görə məsuliyyəti bölüşür

2020/12/43-1606893777.jpg
Oxunub: 791     16:30     27 Yanvar 2022    
Ermənistan prezidentinin istefa bəyanatı sensasiyaya çevrilməyib.

Ordu.az xəbər verir ki, bu barədə “Regnum” agentliyinin köşə yazarı Aleksandr Savelev öz məqaləsində yazıb.

Onun sözlərinə görə, Ermənistanda real hakimiyyət və səlahiyyət bir neçə ildir ki, daxili siyasətdəki uğursuzluqlara, hətta 2020-ci ildəki müharibədə məğlubiyyətə baxmayaraq, Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyətə məxsusdur.

Müəllif qeyd edir ki, Armen Sarkisyan keçmişdə hətta Qarabağ məsələsində nəinki qərarlar qəbul etməkdən, hətta erməni xalqının mentalitetinin formalaşmasına təsir edə biləcək siyasi bəyanatlar verməkdən də çəkinirdi. Nəticə məlumdur: danışıqlar Paşinyanın açıq-aşkar təxribat xarakterli bəyanatları ilə pozulub.

Savelev hesab edir ki, Sarkisyanın istefası gecdir, çünki o, Paşinyanla müharibədəki məğlubiyyətə görə məsuliyyəti bölüşür.

“İndi Ermənistanın keçmiş prezidenti təkcə itirilmiş müharibəyə görə deyil, həm də onun nəticələrinə görə məsuliyyətdən boyun qaçırmağa çalışır. Armen Sarkisyan açıqlamasında istefasını hiyləgərcəsinə real səlahiyyətlərin olmaması ilə izah edir, hansı səlahiyyətlərdən bəhs etdiyini qeyd etmir”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Paşinyan   Məğlubiyyət  


Bizi "telegram"da izləyin