Ermənistan Müdafiə nazirinin toyunda QR kodları yoxlanılmayıb

2022/01/as456-1643278625.jpg
Oxunub: 655     15:41     27 Yanvar 2022    
Yanvarın 22-də Ermənistanda yeni qaydalar qüvvəyə minib. Bu qaydalara əsasən, ictimai iaşə obyektlərinə daxil olmaq üçün 72 saata qədər PCR testinin mənfi nəticələri və ya peyvənd olunma barədə sənəd təqdim edilməlidir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “FIP.am” nəşri yazıb.

Qeyd olunub ki, həmin gün mətbuatda və sosial şəbəkələrdə geniş işıqlandırılan Ermənistan müdafiə naziri Suren Papikyanın toy mərasimi baş tutub.

Nəşr Paşinyanın təşkil etdiyi mətbuat konfransında Suren Papikyanın ailə üzvlərinin peyvəndi təsdiq edən sənədlərinin yoxlanılıb-yoxlanılmaması ilə bağlı sual ünvanlasa da, suala cavab verilməyib.

“FIP.am” Papikyanın toy məclisinin keçirildiyi restoran kompleksi ilə əlaqə saxlayıb.

Kompleksin direktoru Karen Çilinqaryan bildirib ki, toy mərasimi zamanı Paşinyan və bir neçə məmur istisna olmaqla, bütün qonaqların peyvənd sertifikatları yoxlanılıb.

“Mühafizəçiləri ilə birlikdə olan məmurlardan başqa hamı məcburi şəkildə yoxlanılıb”, - deyə Çilinqaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müdafiə-naziri   Toy  


Bizi "telegram"da izləyin