Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Qeyd olunub ki, Paşinyan bəyəndiyi sualları seçir və əvvəlcədən hazırlaşaraq onlara cavab verir, bəzi sualları dəyişir, istədiyi kimi redaktə edir.
“Nəticədə o, xoşagəlməz suallardan, eləcə də özünə xas olan şəkildə tarazlıqdan çıxmaq və çətin vəziyyətə düşmək perspektivindən qaçır. Bu şəxs o adamdır ki, hakimiyyət dəyişikliyindən sonra jurnalistlərlə ünsiyyət qurmaq və ya mətbuat konafransı təşkil etmək, “100 fakt” təqdim etmək üçün fürsəti əldən vermirdi. Bununla belə, hətta süni şəkildə uydurulmuş “100 fakt” da artıq arxivləşdirilib. O qədər faciəvi vəziyyətdəyik ki, Paşinyan öz xeyrinə bir fakt belə gətirə bilmir. İctimai əhval-ruhiyyə kəskin şəkildə dəyişir və Paşinyanın reytinqi uçuruma yuvarlanır”, - deyə nəşr bildirib.
Müəllif vurğulayıb ki, Paşinyanın “mətbuat konfransı” ictimaiyyətlə söhbət yox, Türkiyə-Azərbaycan gündəminə doğru getmək və onlara müsbət mesajlar vermək üçün növbəti addım idi.
Alpər Mövludoğlu
Ordu.az