Rusiya HDQ nüvə silahı daşıyan platformalarla təchiz edlilmiş sualtı qayıq alacaq

2022/01/Russi-1643278339.jpg
Oxunub: 939     15:32     27 Yanvar 2022    
Rusiya Hərbi Dəniz Qüvvələri “Project 09852” sinfinə məxsus xüsusi təyinatlı nüvə enerjili “Belqorod” sualtı qayığını almağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi öz mənbələrinə istinadən yazıb.

Mənbələr sualtı qayığın 2022-ci ilin yayında təhvil veriləcəyini bildirib.

“Təhvil vermə mərasimi iyulun 31-də qeyd olunacaq Rusiya Hərbi Dəniz Qüvvələri Günü keçirilə bilər”, - deyə mənbə qeyd edib.

Sualtı qayıq Hərbi Dəniz Qüvvələrinə təhvil verildikdən sonra Sakit Okean Donanmasında fəaliyyətə başlayacaq. İlkin olaraq sualtı qayığın 2021-ci ilin sonunda Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyi gözlənilirdi.

23 aprel 2019-cu ildə Sevmaş Gəmiqayırma Zavodunda “Poseidon” nüvə silahına malik sualtı dəniz platformaları ilə təchiz edilən “Belqorod” sualtı gəmisi suya buraxılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belqorod   Rusiya  


Bizi "telegram"da izləyin