Səudiyyəyə CH-47F “Chinook” helikopterlərinin ilk partiyası təhvil verilib

2022/01/NMV3C-1643278100.jpg
Oxunub: 742     17:08     27 Yanvar 2022    
Səudiyyə Ərəbistanına ABŞ-dan sifariş edilən CH-47F “Chinook” ağır yük helikopterlərinin ilk partiyası təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə “Janes” nəşri yazıb.

2016-cı ildə ABŞ administrasiyası Səudiyyə Ərəbistanına 48 ədəd CH-47F “Chinook” helikopterinin satışına yaşıl işıq yandırıb.

İlk partiyada ümumilikdə dörd helikopterin gətirildiyi iddia edilir.

Səudiyyə Ərəbistanı indiyədək rəsmi olaraq səkkiz helikopter alınmasına vəsait ayırıb. Ümumilikdə 48 ədəd “Chinook” üçün 3,5 milyard dollar ayrılacağı gözlənilir.

Səudiyyə ordusunun inventarında UH-60 “Black Hawk”, AH-64 “Apache”, CH-47 və s. Amerika istehsalı olan çoxlu hücum və nəqliyyat helikopterləri var.

Ən müasir CH-47 konfiqurasiyası olan CH-47F ABŞ Ordusu və beynəlxalq müdafiə qüvvələri tərəfindən istifadə üçün hazırlanmış çoxmissiyalı helikopterdir. “Boeing” tərəfindən istehsal edilən CH-47F “helikopteri” tam inteqrasiya olunmuş rəqəmsal kokpit idarəetmə sistemi ilə təkmil yüklərin idarə edilməsi imkanlarına malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə   ABŞ  


Bizi "telegram"da izləyin