Avropanın “Eurodrone” proqramı başlamağa hazırdır

2022/01/Airbu-1643278065.jpg
Oxunub: 652     14:59     28 Yanvar 2022    
İspaniya “Eurodrone” (EUROMALE RPAS) proqramı üçün bütün hazırlıqları tamamlayıb. Bu çərçivədə bütün lazımi maliyyələşdirmə və icazələr verilib.

Ordu.az xəbər verir ki, bu barədə “İnfodefensa” nəşri yazıb.

“Eurodrone” OCCAR (Birgə Silahlar üzrə Əməkdaşlıq Təşkilatı) vasitəsilə Avropa sənayesi ilə müqavilə bağlanmış Uzaqdan İdarə olunan Hava Sisteminin (RPAS) dizaynı, inkişafı və istehsalı üçün Almaniya, Fransa, İtaliya və İspaniyanın iştirak etdiyi çoxmillətli proqramdır.

“Airbus” şirkətinin məlumatına görə, “Eurodrone”modul dizaynı sayəsində minimal məhdudiyyətlər və asan daşınma əsasında mülki hava məkanına həqiqi inteqrasiyaya hazır olan istənilən gələcək döyüş hava sisteminin əsas sütunlarından biri olmaq üçün nəzərdə tutulub.

İstehal ediləcək PUA kəşfiyyat, müşahidə, hədəf alma və kəşf (ISTAR) əməliyyatları üçün çoxfunksiyalı imkanlar və potensial təklif edəcək. Tələblər və xüsusiyyətlər son istifadəçilər (Almaniya, İspaniya, Fransa və İtaliya), satınalma təşkilatı (OCCAR) və iştirakçı şirkətlər (“Dassault Aviation”, “Leonardo” və “Airbus Spain”) arasında müzakirə edilib və uyğunlaşdırılıb.

Proqram çərçivəsində İspaniya üçün 6 sistemin istehsalı planlaşdırılır. İspaniyanın proqramda iştirakının 23% olduğu bildirilir.

İspaniya proqram çərçivəsində təxminən 1,9 milyard avro büdcəni təsdiqləyib. Dörd sistem üçün büdcə (hər sistem üç PUA və iki yerüstü idarəetmə stansiyasından ibarətdir) 1,7 milyard avrodur.

“Eurodrone” proqramının digər iştirakçı ölkələri artıq lazımi büdcələri təsdiqləyib və layihəyə yaşıl işıq yandırıb. Artıq proqramın başlaması üçün heç bir maneə yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Eurodrone  


Bizi "telegram"da izləyin