Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “NBNtv” kanalı məlumat yayıb.
Məlumata görə, bu çərçivədə, BƏƏ-nin Müdafiə İşləri üzrə Dövlət Naziri Məhəmməd Əhməd əl-Bovardinin gələn ay ərzində KAI obyektlərinə baş çəkəcəyi gözlənilir.
Bildirilir ki, BƏƏ ümumilikdə 60 ədəd T-50 almaq istəyir. Təkcə təlim təyyarəsindən əldə ediləcək ixrac gəlirinin 3 milyard dollara çatacağı gözlənilir.
KAI və “Lockheed Martin” tərəfindən hazırlanmış T-50 “Golden Eagle” səsdən sürətli inkişaf etmiş reaktiv təlim/yüngül hücum təyyarəsidir. T-50 Cənubi Koreyanın ilk yerli səsdən sürətli təyyarəsidir və dünyada bir neçə səsdən sürətli təlim təyyarələrdən biridir.
İlk uçuşunu 2002-ci ildə həyata keçirən təyyarə 2005-ci ildə Cənubi Koreya Hərbi Hava Qüvvələrinin inventarına daxil olub. T-50-nin digər modellərinə T-50B, TA-50 və FA-50 kimi müxtəlif məqsədlər üçün istifadə edilən daha təkmil modellər daxildir.
T-50 Cənubi Koreya Hərbi Hava Qüvvələrinin nümayiş komandası tərəfindən istifadə olunur. TA-50 yüngül hücum modeli İndoneziyaya ixrac edilib. Filippin 12 ədəd FA-50 təyyarəsi sifariş edib.
Sevinc Əliyeva
Ordu.az