Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr öz mənbələrinə istinadən qeyd edib ki, münaqişə hətta davaya çevrilib.
“Bizdə olan məlumata görə, davaya səbəb Osipyanın yolunu kəskin dəyişməsi olub. O, Arayik Harutyunyan “rəhbər” olmazdan əvvəl Babayanın komanda yoldaşı olub, Harutyunyan “rəhbər” olduqdan sonra isə çox çevik formada sonuncunun düşərgəsinə keçib. Üstəlik, Osipyan öz yanaşmalarını və baxışlarını kəskin şəkildə dəyişib, hətta bəzi hallarda Babayanı tənqid edib. Məlumata görə, hazırda “hüquq-mühafizə orqanları” hələ ciddi tədbirlər görmür, Harutyunyanın yekun qərarını gözləyirlər”, - deyə Past” bildirib.
Alpər Mövludoğlu
Ordu.az