“Joğovurd”: Ermənistan Müdafiə nazirinin toyundan sonra yeni koronavirus dalğası yaranıb

2022/01/sdf46-1643277825.jpg
Oxunub: 645     17:15     27 Yanvar 2022    
Ermənistan müdafiə naziri Suren Papikyanın hər kəsin diqqətini çəkən toyu bəzi erməni rəsmilərin sağlamlığına baha başa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, Papikyanın toyu zamanı Ermənistan Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

Qeyd olunub ki, Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Eduard Ağacanyan və bəzi digər erməni deputatlar da koronavirusa yoluxublar.

“Bu, yəqin bir sübutdur ki, belə irimiqyaslı tədbirlər epidemioloji qaydalara ciddi əməl edilmədən, hətta qapalı yerlərdə də keçirilməməlidir. Qeyd edək ki, hər kəsin peyvənd edildiyi və ya testdən keçirildiyi iddialarına baxmayaraq, bu, koronavirusun yayılmasının qarşısını almayıb”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müdafiə-naziri   Toy   Koronavirus  


Bizi "telegram"da izləyin