Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İttiham olunan şəxsin polkovnik V.H. olduğu qeyd olunur.
Məlumata görə, erməni polkovnik 2020-ci il oktyabrın 10-dan 13-dək alay komandiri vəzifələrini yerinə yetirməkdən imtina edib, bu da öhdəliklərin faktiki olaraq dayandırılması, habelə xidmətə laqeyd münasibət göstərməsi ilə müşayiət olunub.
Bildirilir ki, 2022-ci il yanvarın 19-da ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 364-cü maddəsinin 3-cü hissəsi, 376-cı maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.
Cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Alpər Mövludoğlu
Ordu.az