Qazaxıstan parlamenti Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük sədrliyinin ləğvini təsdiqləyib

2020/10/nursu-1601560094.jpg
Oxunub: 684     12:37     27 Yanvar 2022    
Qazaxıstan Parlamentinin Senatı (Yuxarı palata) cümə axşamı respublikanın birinci prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına ömürlük sədrliyinin ləğv olunması ilə bağlı düzəlişləri qəbul edib.

Ordu.az xəbər verir ki, iclas qanunverici orqanın saytında yayımlanıb.

Yanvarın 19-da düzəlişləri parlamentin aşağı palatası olan Milli Məclisin deputatları təsdiqləyib. Beləliklə, Nazarbayevə ömürlük Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına rəhbərlik etmək hüququ verilən müddəalar mövcud qanunvericilikdən çıxarılıb.

Qanunvericiliyə dəyişikliklərin edilməsi indi dövlət başçısı tərəfindən təsdiqlənməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Nazarbayev  


Bizi "telegram"da izləyin