İran Prezidenti: "Əminəm ki, Azərbaycanla münasibətlərimiz qarşıdakı illərdə də uğurla inkişaf edəcək"

2022/01/cf475-1643204793.jpg
Oxunub: 833     15:13     26 Yanvar 2022    
"Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri qarşıdakı illərdə də uğurla inkişaf edəcək".

Ordu.az xəbər verir ki, bunu İran Prezidenti Seyid İbrahim Rəisi yanvarın 26-da ölkəsində rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

İran Prezidenti həmçinin xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Seyid İbrahim Rəisi iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin