Bu barədə
Ordu.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) məlumat verilib.
Yanvarın 24-ü, təlimin ilk günü BMTM-də Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov açılış nitqi ilə çıxış ediblər.
Fərid Şəfiyev bildirib ki, təlimlərin təşkilində əsas məqsəd beynəlxalq və xarici siyasət sahəsində çalışan jurnalistlərin peşəkarlığının artırılmasıdır. Media sahəsində müəyyən problemlərin olduğunu diqqətə çatdıran Mərkəz sədri beynəlxalq, o cümlədən təşkilat və səfirliklərlə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Ordu.az