Ordu.az xəbər verir ki, bu barədə “Global Defence Insight” portalı fotolar yayıb.
2019-cu ilin dekabr ayında Pakistanın Çindən 236 ədəd SH-15 özüyeriyən artilleriya qurğusu sifariş verdiyi bildirilirdi.
SIPRI-nin məlumatına əsasən, Pakistan 2013-2014-cü illərdə Çindən artıq 36 ədəd SH1 təkərli özüyeriyən haubitsa alıb.
Hazırda Pakistan ordusu Birləşmiş Ştatlar tərəfindən istehsal olunan tırtıllı özüyeriyən M109A5 qurğularını idarə edir, lakin Pakistan yeni təkərli artilleriya sistemləri ilə artilleriya qüvvələrinin modernləşdirilməsini davam etdirəcək.
SH15 Çin istehsalı təkərli özüyeriyən artilleriya qurğusudur. 6x6 təkər formuluna malik “Shaanxi” yük maşını şassisinə əsaslanır. Sistem standart döyüş sursatı ilə 20 km, raket dəstəkli artilleriya mərmisi ilə isə 53 km maksimum atəş məsafəsinə malikdir. Bu artilleriya vasitəsini beş nəfərlik heyət idarə edə bilər. Bəzi hərbi mənbələrə görə, avtomobilin maksimum çəkisi 22 tondur.
Sevinc Əliyeva
Ordu.az