Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
169 milyon dollar dəyərində olan müqaviləyə 33 maşının istehsalı daxildir.
ACV gəmidən obyektə doğru sürətli manevrlər həyata keçirməyə imkan verir. “Iveco” ilə birlikdə hazırlanmış ACV gələcəkdə inkişaf potensialı ilə dəniz və quruda hərəkətliliyi təmin edir.
“BAE Systems” artıq Dəniz Piyadaları Korpusuna ACV vasitələrinin iki variantını çatdıracaq. Bunlar personal üçün nəzərdə tutulan ACV-P, komanda-qərargah üçün nəzərdə tutulan ACV-C versiyalarıdır.
Şirkət, həmçinin 30 mm-lik top quraşdırılmış ACV-30 və bərpa üçün nəzərdə tutulan ACV-R istehsal etməyi planlaşdırır.
ABŞ ordusu 2020-ci ilin dekabrında 36 ACV maşını sifariş vermişdi.
Sevinc Əliyeva
Ordu.az